Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da – VİDEO

03.07.2018 - 23:47

“Qarabağ” super transfer həyata keçirib. Oxu.Az-ın əldə etdiyi xəbərə görə, italyan, şotland və braziliyalı qapıçıların keçidini həll edə bilməyən “Qarabağ” hazırda Rusiyada davam edən dünya çempionatının iştirakçısını transfer edib.
Söhbət İslandiya millisinin qapıçısı, dünya çempionatında Argentina millisinin kapitanı Lionel Messinin penaltisini qaytaran Hanes Tour Haldoursondan gedir. Ölkəsində sənədli film və kliplərin rejissoru olan 34 yaşlı qolkiper İslandiya millisinin son Avropa çempionatında 1/4 finala kimi irəliləməsində böyük pay sahibi olub.

Qeyd edək ki, Ağdam klubu qapıçılarından bosniyalı İbrahim Şehiç və ukraynalı Anton Kanibolotski ilə yollarını ayırıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121071

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930