Bağban ev sahibini yaralayıb, arvadını öldürdü – Bakıda dəhşət

16.07.2018 - 10:24

Report-un məlumatına görə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən Renc Rover markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.
Yol Polis əməkdaşları maşına saxla əmri veriblər lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə Renc Roveri saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.
Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndirib.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə aparıb meyidlərini gizlətmək istəyib.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121336

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930