Qadın müğənnilərin məmur “krışaları”: nazirlər, komitə sədrləri, iş adamları

23.07.2018 - 00:22

Kim deyir ki, Azərbaycanda şou-biznes var, bərk yanılır. Bu ölkədə sadəcə “krışalar” və o “krışa”ların da himayə etdiyi bir diringi ordusu var. Elə bilməyin ki, bu ordu xaotik, necə gəldi mövcuddur. Əsla, bu ordunun sərkərdələri belə var. Yoxsa, bir anın içində məhv olub gedərlər. Bu ordunun komandirlərinə isə sponsor deyirlər. Əslində sponsor anlayışını bizdə tamam başqa cür başa düşürlər. Sponsor maliyyəçidir, hansısa layihəyə pul xərcləyib ondan gəlir götürən adamdır. Amma Azərbaycanda vəziyyət çox fərqli. Əslində iyrənc desək yanılmarıq. Həqiqətən də bu gün Azərbaycanda sponsor məsələsi elə o cürdür. Xaricdə belədir ki, hər hansı biznesmen kiməsə sponsorluq edirsə, həmin sponsor da həm burdan qazanır, həm də müğənni çəkdiyi xərcin gəlirini görür
Normal ölkələrdə bu məsələlər çoxdan yoluna qoyulub. Sponsorlar sənətçilərlə iş birliyindən çoxlu miqdarda pul qazanırlar. Bunun da müqabilində sənətçi və sponsor münasibətləri normal şəkildə davam edir. Bizdə isə konsertlər istənilən gəliri gətirmədiyindən müğənni təmənnalı sponsor axtarmağa məcbur olur və sərbəstliyini itirir. Bu gün şou-biznesçilərin bir çoxu villalarda yaşayır, bahalı avtomobil sürür, evində bir neçə qulluqçu, cangüdən saxlayır. Sözsüz ki, bütün bunlar konsert və ya disk satışı ilə əldə oluna bilməz. Bir-iki nəfəri çıxmaqla heç toylardan da bu cür şık komfort əldə etmək mümkün deyil. Bəs hardandır, yerindən durub bir-iki ağız qışqırmağın müqabilində onların əldə etdiyi bu qədər təmtəraq?
Bax, bu yerdə xoruzun quyruğu görünür. Sponsor! Biznesmeni olsun, ya da ki yüksək çinli məmuru. Söhbət məhz təmannalı sponsordan gedir. Həmin sponsorlara isə həmin müğənninin qara qəpiyi də lazım deyil. Gəlin biz bu sponsor məsələsini hamiliklə əvəz edək və cumhuriyyet.az olaraq mediada yer alan bir araşdırmanı diqqətinizə çatdıraq:
Günel.  Azərbaycan əsilli iş adamı Rza Zərrab bir vaxtlar Azəri qızı Günelin hamisi idi. Deyilənə görə, aralarında bir eşq də yaşanmışdı. Sonradan Rza bəy könlünü Ebru Gündəşə verdi. İndi onun üçün hətta ferma belə alıb. Amma o, Günelə də çoxlu pul buraxıb. Türkiyə mətbuatının yazdığına görə, söhbət 700 min dollara yaxın paradan gedir.
Rəqsanə İsmayılova və ya sadəcə Rəqsanə. Moskvada, “Timiryazevski” metrostansiyasının yaxınlığındakı “Oğuz” restoranında əvvəl qabyuyan, sonra ofisiant kimi işə başlayan Rəqsanənin ulduzu günlərin bir günü restoranda çıxış edəcək müğənninin qəfil xəstələnməsi olub. Restoran müdiriyyətinə deyib ki, səsi var, bu gecəni yola verə bilər. İnsafən verib də. Elə o gecədən etibarən olub “Oğuz” gecə həyatının aparıcısı. İlkin dövrdə ona elə restoranın sahibi İlyas hamilik edib. Sonra araları dəyib. Rəqsanə Bakyıa qayıtdıqdan sonra artıq qismən populyar idi. Amma Bakıda da özünə hami tapa bildi. Adını çəkməsini istəmədiyimiz bu adam DİN polkovnikidir. Hətta bir dəfə telekanalların biri Rəqsanənin evindən reportaj hazırlayarkən onun qarderobuna nəzər salmış, və həmin qarderobda polkovnikin poqonlu mundirini bütün respublikaya nümayiş etdirmişdi.
İradə İbrahimova. İndi Türkiyədə ərdədir. Amma Azərbaycanda heç kimə sirr deyil ki, onun hamisi sabiq nəqliyyat naziri Ziya Məmmədov idi. Məmmədov onun mahnılarını çox sevirdi. Bəzi məlumatlara görə, nazir hətta konsertlərinin birində nümayişkəranə şəkildə müğənniyə hörmət əlaməti olaraq böyük bir gül dəstəsi göndəribmiş. Sonrdan aralarrnda yaranan məlum konfliktə görə, Məmədov ona hamilik etməkdən vaz keçdi. Amma bəzi məlumatlara görə, nazir tərəfindən ona villa belə bağışlanıb.
Xatirə İslam. İslam Rzayevin şərəfinə bu adı özünə təxəllüs götürməsi boş söhbətdir. İslam “Texnikabank”da çalışan yüksək vəzifəli birisinin oğludur. Xatirəyə azından 500 min dollara yaxın pul xərclədiyi bildirilir. Amma qısqanclıq zəminində araları dəyəndən sonra bir müddət Xatirənin hamisi olmur. Sonradan o, həmin vaxt “Azəravtoyolservis”in prezidenti, indi isə Dəmir Yol şefi  Cavid Qurbanov yaxınlaşır. Xatirənin C.Qurbanovun şeirlərinə bəstələnmiş mahnıları oxumağa başlayır. Amma deyilənə görə, həmin şeirlər Qurbanovun yox, onun babası, haqq aşığı kimi tanınan Dədə Şəmşirindir. Xatirənin ifa etdiyi “Xəbərin varmı?” və “Sevgilim” mahnılarının sözləri Cavid Qurbanovundur. Hətta bu mahnılara görə müğənninin 60 min manat qonorar aldığı bildirilir. Bundan sonra müğənninin deputatdan tez-tez bu və ya digər məqsəd üçün yararlanır da.
Nazpəri Dostəliyva. Səhnəyə çox gec gəlmiş bu xanım müğənninin Azərbaycanda hamisi yoxdur. Onun necə deyərlər pulburaxanı “Moszelenstroy”un baş direktoru Mirəşrəf Fətiyevdir. Əslən Yardımlıdan olan Mirəşrəf Fətiyevlə N. Dostəliyevə hələ 2000-ci ilin əvvəllərində Moskvada konsert zamanı tanış olub, münasibət qurublar. Münasibət o qədər tez istiləşib ki, az keçmiş Fətiyev Nazpəri xanıma Moskvanın “Akademiçeskaya” metrostansiyası yaxınlığında 3 otaqlı ev bağışlayıb. Elə Dostəliyevanın Moskva və Rusiyanın digər şəhərlərində keçirdiyi konsertlərin təşkilatçısı da Fətiyevdir. O, bu konsertlərdən bir qəpik də pul götürmür.
Ruhi. O qədər də uğurlu müğənni olmasa da, hamisi çox güclüdür. Söhbət Putinin dostu İlham Rəhimovdan gedir. Rəhimov nəinki onun yaradıcılığını maliyyələşdirib, hətta biznesinin qurulmasına belə yardım edib. Hazırda Bakıda Ruhi xanıma məxsus brilyant məmulatları mağazası var. Qeyri-rəsmi xəbərlərə görə, müğənni və Rəhimov nikaha giriblər.
Tünzalə Ağayeva. Tovuzda kiçik bir musiqi məktəbindən çıxmış bu müğənni az bir zamanda orijinal ifası ilə populyarlıq qazana bildi. Əri Rəhmandan boşanandan sonra demək olar ki, tək qalan Tünzalənin köməyinə indi böyük bir maşınqayırma zavodlarından birinin direktoru və əslən Tovuzdan olan Musa Süleymanov gəldi. Süleymanovla sıcaq əlaqələr yaradan xanım Ağayeva tez bir zamanda çoxsaylı kliplər çəkdirməyə, populyarlaşmağa başladı. Amma populyarlaşandan sonra Süleymanovla araları dəydi. Bu vaxt başqa bir iş adamı Tünzalə xanıma sahib çıxdı. Söhbət “Timex” şirkətinin prezidenti “Tatan” ləqəbli Tahir Yusifovdan gedir. Amma az sonra onların “Tatan”la da əlaqələri kəsildi. Deyilənə görə, xanım Ağayevanın hazırkı hamisi Gömrük Komitəsinin yüksək ranqlı məmurlarından biridir.
Xatun. O, da populyarlığına görə, Rəqsanə və Xatirə ranqındadır. Onun populyarlığına nail olmuş şəxs kimi isə ARDNŞ prezidentinin vitselərindən birinin adı çəkilir. Həmin şəxs ona Nabranda villa alıb. Azərbaycanda Xatunun bütün konsertlərinin əsas təşkilatçısı da odur.
Aygün Kazımova. Bu adamın əsas hamisi elə özüdür desək yanılmarıq. Amma səhnədə ilk addımlarını atanda ona keçmiş əri, polis işçisi İlqar dəstək olub. Sonradan narkomanlığa qurşanandan sonra İlqarla yollarını ayıran Aygünə “Zümrüd” restoranının sahibi yiyə durub. Az sonra isə Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə eşq yaşayıb. Quliyevlər vurulanda isə Aygün artıq populyar idi.
Mətanət İskəndərli. Biləcəri Dəmiryolu xəstəxansındakı yeməkxanada işləyən Mətanətin ulduzu Ziya Məmmədovun dəmiryolu idarəsinə rəis müavini təyin olunmasından sonra parladı. Məhz gələcək idarə rəisi və nazirin pulları hesabına tezliklə səhnəyə atılan Mətanət indi populyarlığına görə məhz Məmmədova borcludur. Bir məqamı da qeyd edək ki xanım İsgəndərli faktiki olaraq sənətlə az məşğul olur.
Elza Seyidcahan. Birmənalı olaraq bu xanımın himayəçisi kimi Müdafiə Sənayesi naziri mərhum Yavər Camalovun adını çəkirlər. Çünki müğənni-bəstəkarın əsas fəaliyyət məkanı məhz Camalova məxsus olan “Niaqara” restoranıdır. Camalovun xanım Seyidcahana Şüvəlanda mülk bağışladığı da deyilir.
Zülfiyyə Xanbabyeva. Onun hamisi sabiq deputat “Quska” ləqəbli Hüsen Abdullayev idi. “Quska” onun üçün hər şey etmişdi: ev, bağ evi almaqdan tutmuş mahnılar hədiyə etməyə qədər. Amma Hüseyn bəy “vurulandan” sonra Xanbabayeva ilə münasibətlər soyudu. Hazırda Zülfiyyə xanıma həyat yoldaşı, “Simurq” futbol klubunun prezidenti Zaur adlı şəxs hamilik edir.
Manana. Ona Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev hamilik edirdi. Gürcü xanımın bütün qayğıları məhz onun tərəfindən həll olunub. Amma ərə gedəndən sonra Manana xanımın sənətində elə bir canlanma yoxdur.
Siyahını bir az da davam etdirmək olardı. Amma nə faydası. Zaman-zaman bu mövzuya qayıdacağıq. İndilikdə isə bu informasiyaları bizə verən şəxsdən ayrılanda dediklərini nəzərinizə çatdırmaq istərdik:
– İstəyirsiz, kişi müğənnilərə kimin sponsorluq etdiyini də açıqlayım?
– Kim?
– Qadınlar! Məmur və iş adamı olan qadınlar!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121401

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930