Sandarmoxda 1937-38-cu illərdə güllələnən azərbaycanlıların xatirəsi yad edilib-FOTO

12.08.2018 - 17:33

Avqustun 5-də  Kareliyanın Medvejeqorsk şəhərindən 19 km uzaqlıqda yerləşən Sandarmox meşə vadisində 1937-38-cu illərdə  baş vermiş siyasi represiya qurbanlarının Beynəlxalq gününə həsr olunmuş  bağlı matəm aksiyası keçirilib.Tədbirdə Kareliyanın Azərbaycan icması da iştirak edib.

 “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının sədri Akif  Nəcəf oğlu Quliyevin bildirdiyinə görə  Sandarmox memorial məzarlığında   bu tarixdə matəm mitinqi  keçirilib.Tədbirə repressiya qurbanlarının  yaxınları,Rusiyanın bir çox regionlarından və başqa ölkələrdən nümayəndə heyəti ziyarətə gəlib.Məzarlıqda basdırılan azərbaycanıların xatirəsi anılıb.

“Tədbirdə Moskvadan ,Sankt-Peterburqdan qonaqlar, deputatlar,tarixçilər,Estoniyanın,Polşanın, Ukraynanın  Sankt-Peterburqdakı baş konsulları Karl Erik Laantee, Ancey Xodkeviç, Lesya  Lozinskaya,həmçinin Almaniyadan,Finlandiyadan, Sankt-Peterburqdan  çoxlu rəsmi şəxslər iştirak ediblər. Tədbirdə Estoniya ilə dostluq cəmiyyəti“Oçaq “ın sədri Yelena Ryabikova da iştirak edib.Həmişəki kimi Petrozavodsk, Medvejeqorsk şəhərlərinin sakinləri və Kareliyanın digər rayonlarından sakinlər,milli-içtimai birliklərin nümayəndələri də ziyarətə gəliblər.Avqustun əvvələrində məzarlığa ,burada dəfn olunan insanların xatirəsinə yad etmək üçün müxtəlif yerlərdən insanlar avtobuslarla axın edir.

Matəm mərasimin  əvvəlində qonaqlar Medvejeqorskun  rayon muzeyinin qabağında toplaşdılar və kolonna ilə  memorial məzarlığa doğru hərkət etdilər. Saat 12-də isə  matəm mərasimi  başladı və abidələrin önünə  gül dəstələri və əklillər qoyuldu. Estoniyanın Sankt-Peterburqdakı baş konsulu  Karl Erik Laantee bizimlə birlikdə Sandarmoxda  amansızcasına qətlə yetirilən  adlanan yerdə 200 nəfərdən çox azərbaycanlının xatirəsinə ucaldılmış  memorial daş abidənin önünə tər gül dəstələri qoydu.

Aksiyadan sonra Karl Erik Laanteenin təşəbbüsü ilə,onun xanımının  və qızının da iştirak etdiyi  axşam yeməyi təşkil olundu”,- deyə Akif Quliyev bildirdi.

Xatırladaq ki, 30-cu illərdə  Sandarmox ərazindəki bu yer  NKVD-nin  güllələdiyi,məhkum olunmuş  Kareliya  sakinlərinin  və Belomor-Baltik  həbs düşərgəsinin məhbusların dəfn olunması üçün isitifadə edilib.

81 il bundan əvvəl 27 oktyabr-4 noyabr tarixlərində Kareliyada, Sandarmox adlanan yerdə 200 nəfərdən çox azərbaycanlı amansızcasına qətlə yetirilib.

1937-39-cu illərdə Sandarmoxda azərbaycanlılarla yanaşı, bir çox xalqların nümayəndələri repressiya qurbanı olub. Ümumilikdə, sovet cəlladları tərəfindən 7 mindən çox fəhlənin, kəndlinin, məmurun, mədəniyyət işçilərinin, elm və təhsil adamlarının, hərbçilərin güllələndiyi ərazidə həlak olan həmyerlilərimizə abidə ucaldılıb. Kareliyada yaşayan Azərbaycan diasporunun təşəbbüsü ilə ötən gün abidənin açılışı edilib.

Qeyd edək ki, 7.5 hektar ərazidə günasız yerə öldürülən insanlara aid 236 məzar var. Hər məzarda onlarla adam dəfn edilib. Kütləvi qətliam 11 avqust 1937-ci ildə imperiyanın rəhbəri İosif Stalinin əmri ilə başlayıb. 14 ay davam edən güllələnmə zamanı Solovetsk düşərgəsində saxlanılan 1111 məhbus da Sandarmoxda basdırılıb. Burada azərbaycanlılarla yanaşı, rusların, finlərin, karellərin, ukraynalıların, polyakların, almanların, macarların, tatarların, belarusların həyatlarına son qoyulub. İlk dəfə 1997-ci ildə Rusiya tərəfi Sandarmoxda qazıntılara başlayıb. Bundan öncə, ruslar, finlər, ukraynalılar, macarlar, polyaklar da Medvejeqorskda həlak olan həmyerlilərinin xatirəsini əbədiləşdirib.

Həmi ilin 30 oktyabrında   “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının sədri Akif  Quliyevin təşəbbüsü ilə 1937-1938 –ci illərdə Sandarmoxda  amansızcasına qətlə yetirilən  200 nəfərdən çox azərbaycanlının xatirəsinə ucaldılmış  memorial abidə ucaldılıb.

Akif Quliyev

5 avqust tarixi təsadüfi olaraq seçilməyib.Məhz bu tarixdə 70 il ərzində SSRİ-də siyasi repressiyaların tarixində  ən kütləvi və qəddar həbslər və güllələnmələr baş verib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031