Sandarmoxda 1937-38-cu illərdə güllələnən azərbaycanlıların xatirəsi yad edilib-FOTO
Avqustun 5-də Kareliyanın Medvejeqorsk şəhərindən 19 km uzaqlıqda yerləşən Sandarmox meşə vadisində 1937-38-cu illərdə baş vermiş siyasi represiya qurbanlarının Beynəlxalq gününə həsr olunmuş bağlı matəm aksiyası keçirilib.Tədbirdə Kareliyanın Azərbaycan icması da iştirak edib.
“Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının sədri Akif Nəcəf oğlu Quliyevin bildirdiyinə görə Sandarmox memorial məzarlığında bu tarixdə matəm mitinqi keçirilib.Tədbirə repressiya qurbanlarının yaxınları,Rusiyanın bir çox regionlarından və başqa ölkələrdən nümayəndə heyəti ziyarətə gəlib.Məzarlıqda basdırılan azərbaycanıların xatirəsi anılıb.
“Tədbirdə Moskvadan ,Sankt-Peterburqdan qonaqlar, deputatlar,tarixçilər,Estoniyanın,Polşanın, Ukraynanın Sankt-Peterburqdakı baş konsulları Karl Erik Laantee, Ancey Xodkeviç, Lesya Lozinskaya,həmçinin Almaniyadan,Finlandiyadan, Sankt-Peterburqdan çoxlu rəsmi şəxslər iştirak ediblər. Tədbirdə Estoniya ilə dostluq cəmiyyəti“Oçaq “ın sədri Yelena Ryabikova da iştirak edib.Həmişəki kimi Petrozavodsk, Medvejeqorsk şəhərlərinin sakinləri və Kareliyanın digər rayonlarından sakinlər,milli-içtimai birliklərin nümayəndələri də ziyarətə gəliblər.Avqustun əvvələrində məzarlığa ,burada dəfn olunan insanların xatirəsinə yad etmək üçün müxtəlif yerlərdən insanlar avtobuslarla axın edir.
Matəm mərasimin əvvəlində qonaqlar Medvejeqorskun rayon muzeyinin qabağında toplaşdılar və kolonna ilə memorial məzarlığa doğru hərkət etdilər. Saat 12-də isə matəm mərasimi başladı və abidələrin önünə gül dəstələri və əklillər qoyuldu. Estoniyanın Sankt-Peterburqdakı baş konsulu Karl Erik Laantee bizimlə birlikdə Sandarmoxda amansızcasına qətlə yetirilən adlanan yerdə 200 nəfərdən çox azərbaycanlının xatirəsinə ucaldılmış memorial daş abidənin önünə tər gül dəstələri qoydu.
Aksiyadan sonra Karl Erik Laanteenin təşəbbüsü ilə,onun xanımının və qızının da iştirak etdiyi axşam yeməyi təşkil olundu”,- deyə Akif Quliyev bildirdi.
Xatırladaq ki, 30-cu illərdə Sandarmox ərazindəki bu yer NKVD-nin güllələdiyi,məhkum olunmuş Kareliya sakinlərinin və Belomor-Baltik həbs düşərgəsinin məhbusların dəfn olunması üçün isitifadə edilib.
81 il bundan əvvəl 27 oktyabr-4 noyabr tarixlərində Kareliyada, Sandarmox adlanan yerdə 200 nəfərdən çox azərbaycanlı amansızcasına qətlə yetirilib.
1937-39-cu illərdə Sandarmoxda azərbaycanlılarla yanaşı, bir çox xalqların nümayəndələri repressiya qurbanı olub. Ümumilikdə, sovet cəlladları tərəfindən 7 mindən çox fəhlənin, kəndlinin, məmurun, mədəniyyət işçilərinin, elm və təhsil adamlarının, hərbçilərin güllələndiyi ərazidə həlak olan həmyerlilərimizə abidə ucaldılıb. Kareliyada yaşayan Azərbaycan diasporunun təşəbbüsü ilə ötən gün abidənin açılışı edilib.
Qeyd edək ki, 7.5 hektar ərazidə günasız yerə öldürülən insanlara aid 236 məzar var. Hər məzarda onlarla adam dəfn edilib. Kütləvi qətliam 11 avqust 1937-ci ildə imperiyanın rəhbəri İosif Stalinin əmri ilə başlayıb. 14 ay davam edən güllələnmə zamanı Solovetsk düşərgəsində saxlanılan 1111 məhbus da Sandarmoxda basdırılıb. Burada azərbaycanlılarla yanaşı, rusların, finlərin, karellərin, ukraynalıların, polyakların, almanların, macarların, tatarların, belarusların həyatlarına son qoyulub. İlk dəfə 1997-ci ildə Rusiya tərəfi Sandarmoxda qazıntılara başlayıb. Bundan öncə, ruslar, finlər, ukraynalılar, macarlar, polyaklar da Medvejeqorskda həlak olan həmyerlilərinin xatirəsini əbədiləşdirib.
Həmi ilin 30 oktyabrında “Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının sədri Akif Quliyevin təşəbbüsü ilə 1937-1938 –ci illərdə Sandarmoxda amansızcasına qətlə yetirilən 200 nəfərdən çox azərbaycanlının xatirəsinə ucaldılmış memorial abidə ucaldılıb.
Akif Quliyev
5 avqust tarixi təsadüfi olaraq seçilməyib.Məhz bu tarixdə 70 il ərzində SSRİ-də siyasi repressiyaların tarixində ən kütləvi və qəddar həbslər və güllələnmələr baş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=121683