Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar

18.08.2018 - 11:56

ABŞ-ın Miçiqan Universitetinin Sosiologiya Departamentinin nümayəndələri, kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu öyrənmək məqsədi ilə tədqiqat aparıblar.

“Report” “NY Times” nəşrinə istinadən xəbər verir ki, tədqiqatda 200 min nəfər iştirak edib.

Sosioloqlar, eksperiment iştirakçılarının sosial şəbəkələrdə tanımadıqları şəxslərdən aldıqları mesajların sayını araşdırıblar.

Tədqiqatçıların sonda gəldiyi qənaətə görə, hər iki cinsin nümayəndələri özlərindən daha cazibədar insanlara reaksiya vermyə meyillidirlər.

Həmçinin məlum olub ki, qadınlar üçün potensial tərəfdaşın intellekti və təhsili vacibdir. Kişilər bu göstəriciyə biganədirlər və təhsilli qadınlar onları daha çox ehtiyatlandırır.

Elm adamlarının qənaətincə, kişilər 50 yaşa, qadınlar isə 18 yaşa qədər olan əks cinsin nümayəndəsində populyarlığın zirvəsinə çatır, sonra bu amil azalmağa doğru gedir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930