Şabranda zibilliyi xatırladan qanunsuz bazar – Məmurların “pul oyunu” – VİDEO

30.08.2018 - 12:01

Şabran rayon, Ağalıq kəndi ərazisində Bakı Xaçmaz magistral yolunun sağ və sol tərəfində bazar yaradılıb.

Yenicag.az xəbər verir ki, bazar qanunsuz olsa da, orada işləyən şəxslərdən “hesab” alınır. Buna baxmayaraq, bazarın vəziyyəti iyrənc gündədir. Videodan da görəcəyiniz kimi, bazarın hər tərəfi zibilliyi xatırladır. Ümumiyyətlə, magistral yolun sağ və solunda bazarın hansı məntiqlə açılması sual doğurarkən buradan kimlərin bazarlıq etdiyi daha böyük maraq doğurur.

Bazarda işləyənlər və bazara gələnlər zibilləri yolun kənarına atırlar. Rayon sakinlərinin və yoldan keçənlərin bildirdiyinə görə, bazar ətrafında üfunət iyindən durmaq mümkün olmur.

Ağalıq kəndinin icra nümayəndəsi zibillikdən şikayətlənənlərə baş verənlərlə bağlı polisə müraciət etdiyini bildirib. Ancaq polis onlara bu məsələ ilə bağlı heç bir müraciətin daxil olmadığını qeyd edib.

Şabran polis idarəsi məsələ ilə bağlı saytımıza bildirilib ki, quruma müraciət edilsə, bu şikayətə baxılacaq: “Müraciət olarsa, ona niyə baxmayaq? Ağalıq kəndinin ərazisindəki bazarla bağlı polisə heç bir şikayət edilməyib”.

Əldə etdiyimiz məlumata görə, Ağalıq kənd icra nümayəndəsi və bələdiyyəsi bazarda işləyənlərdən pul alır.

Məsələ təkcə bununla da bitmir. Magistral yolun sağ və solunda açılan bazar avtomobillərin hərəkətinə də mane olur, qəza şəraiti yaradır. Bir neçə gün əvvəl həmin ərazidə ağır yol qəzasının olduğu da deyilir.

Yenicag.az qanunsuz bazardan çəkilmiş videonu sizə təqdim edir:


Short URL: http://www.cumhuriyyet.net/?p=122068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728