Dərsə gecikən şagirdi cəzalandırdı, ölümünə səbəb oldu – Sumqayıtda

01.09.2018 - 11:24
11-ci sinif şagirdinin ölümünə səbəb olan direktor müavini yenidən şikayət edib.
Cumhuriyyet.net ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 309.2 (Vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olma) maddəsi ilə məhkum olunan Hacıyev Qəfər Hacı oğlunun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi İnqilab Nəsirov sədrlik edəcək.
Belə ki, 2017-ci ilin oktyabr ayında Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il, mayın 13-də dərsə gecikmiş 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin gecikmə hallarının qarşısını almaq fikrinə düşüb.
O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə o, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, Azad İlyasov ürək çatışmazlığından ölüb.
Qəfər Hacıyev qanunsuz hərəkətləri ilə Azadın ölümünə səbəb olub. Azad İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.
Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qəfər Hacıyevin Azad İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən bir müddət əvvəl Baş Prokurorluq protest versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Bu dəfə protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Qərara görə, Sumqayıt şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Qəfər Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb.
Yeni hökmə əsasən, Qəfər hacıyev Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib. O, 1 il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122132

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930