Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir? – Bu gündən yenisi verilir

01.09.2018 - 11:53

“Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “ASAN” Xidmətin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN” xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN” xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub:

“15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir”.

E. Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil:

“Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər”.

Günel Hacı


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122173

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930