İpoteka ilə mənzilləri bu şəxslər ala bilir -VİDEO

03.09.2018 - 13:17

İpoteka kreditlərinə qoyulan tələblərin yüngülləşdirilməsi mənzil bazarına da təsirsiz ötüşməyib. Əvvəllki şərtlərlə az qism insanın bu xidmətdən yararlanmaq imkanı var idisə, məbləğin 40 faizini ödəyə bilən və ipoteka ödənişi qabiliyyəti olan vətəndaşlar da mənzil sahibi ola bilirlər. Bu isə öz növbəsində alqı satqı bazarında canlanmaya səbəb olub.

Cumhuriyyet.net  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, son zamanlar ipoteka şərtlərinin sadələşdirilməsi mənzil bazarında canlanmaya səbəb olub.

Əvvəlki illərdən fərqli olaraq şərtlərin sadələşdirilməsi mənzil bazarında tələbatı artırıb. Xüsusi olaraq da vətəndaş ilkin ödənişin 40 faizini ödəyə bilirsə, ondan tələb olunan sənədlərə qoyulan şərtlər də yüngülləşdirilir.

Dəyişiklikdən sonra xidməti müqaviləylə çalışan şəxslər üçün də ipoteka kredit xətti daha əlçatan olub.

Belə ki, artıq xidmətlə məşğul olan sahibkarların orta aylıq gəlirliliyinin 40 deyil, 70 faizi nəzərə alınır. Belə olan halda isə həmin şəxslərə də kredit xəttinin ayrılması üçün qoyulan tələb də ödənmiş olur.

Ekspertlrə mənzil bazarıda qiymət artımının yanvar ayına qədər davam edəcəyi qənaətindədirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=122211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728