Mingəçevir avtovağzalında biletin qiymətindən əlavə pul alınır? – VİDEO

03.09.2018 - 13:24

Mingəçevirdən Bakıya gedən sərnişin ondan artıq pul alındığını iddia edir. Kassaya yaxınlaşan şəhər sakini bilet almaq üçün nə qədər ödəniş edəcəyini soruşub. Bu zaman ondan 7 manat 40 qəpik əvəzinə, 8 manat alınıb. Biletin üstünə altmış qəpik yazılmış əlavə çek də tikilib.

Cumhuriyyet.net-in məlumatına görə, “Xəzər” TV-nin əməkdaşları məsələni yerində araşdırıb.

Mingəçevir avtovağzalından həmin iddiaya cavab belə olub. Sərnişin bilet alıb bu gün paytaxta yola düşürsə, 7 manat 40 qəpik, əgər sabah və ya on gün sonra üçün sifariş edirsə, bu zaman əlavə olaraq altmış qəpik ödəməlidir.

Baş dispetçer Behçət Məmmədov əvvəlcədən satılan biletlər üçün alınan muzd haqqının bütün avtovağzallarda tətbiq edildiyini və qanunsuz olmadığını bildirib.

Mingəçevirdən Bakıya gedən digər sərnişinlər də əvvəlcədən bilet aldıqda əlavə olaraq altmış qəpik ödəniş etdiklərini bildirib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə yeni tariflərin qəbul edilməsindən əvvəl Mingəçevirdən Bakıya gediş haqqı beş manat, əvvəlcədən bilet aldıqda isə əlavə olaraq əlli qəpik ödəniş edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=122220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728