Avropa Liqası: “Qarabağ”ın heyətinin qəribə tərkibi

05.09.2018 - 12:48

Azərbaycanı Avropa Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubunun turnir üçün sifariş ərizəsi müəyyənləşib.

Virtualaz.org-un məlumatına görə, son Azərbaycan çempionu sifariş ərizəsinə 26 oyunçunun adını salıb:

Qapıçılar-Hannes Tur Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər-Qara Qarayev, Rahil Məmmədov,Maksim Medvedev, Mahir Mədətov, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak, Bədavi Hüseynov

Yarımmüdafiəçilər-Simeon Slavçev, Miçel, Araz Abdullayev, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Zaur Fərzəliyev, Con Delarj, Donald Gerrye, Coşqun Diniyev

Hücumçu- İnnosent Emeqara.

Qəribədir ki, siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradır.

Ehtimal ki, yaxın vaxtlarda qeyri-dəqiqliklər düzəldiləcək və futbolçuların ampluası düzgün göstəriləcək.

Xatırladaq ki, E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri ilk oyunu sentyabrın 20-də səfərdə Portuqaliya təmsilçisinə qarşı keçirəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=122335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728