Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb – FOTO
Gürcüstanın Batumi şəhərində təxminən 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin şəxs bir müddət abidənin üstündə oturub.
Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək, özü aşağı enib.
Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=122553