Sumqayıtda gənc oğlan özünü 14-cü mərtəbədən ataraq intihar edib
Sumqayıt şəhərində 18 yaşlı gənc intihar edib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Cavidan Rövşən oğlu Quluzadə özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq öldürüb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=122567