Kareliyadakı Azərbaycan diasporu tanınmış azərbaycanlı idmançının həbs edilməsini şərh etdi

13.09.2018 - 10:53

Karelia.news portalına “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin nümayəndələri  müraciət edərək Varlamav küçəsində baş verən və bir nəfərin döyüldüyü qalmaqallı dava ilə bağlı öz mövqeylərinin dərc olunmasını xahiş ediblər.Qeyd edək ki, həbs olunanlardan biri ,davada əsas adı keçən məhşur idmançı Cahangir Kadaşevdir.

Xatırladaq ki, Karelia.news portalı hadisə ilə bağlı 29 avqustda “Kondopoqanın exosu.Bir qrup qafqazlı Petrozavodskda yeni millətlərarası  münaqişə yaradır”adlı böyük material hazırlayıb.

Məqalənin əsasında Varlamov küçəsindəki binanın yanında  baş verən kütləvi  dava durur ki,hansındakı tanınmış idmançı,sambo və karete üzrə Avropa çempionu Cahangir Kadaşev bir kişini döyüb.

Dava,daha doğrusu ,döyülmə kameraya düşüb.Portal bildirir ki,konfliktdə daha bir neçə nəfər iştirak edib.Sonradan bu qrup zərərçəkənin maşınına da zərər yetirib.

Portal materialı hazırlayarkən REN-TV-də gedən videoya və güc strukturlarındakı mənbələrinə istinad etdiyini bildirir.Portal öz mənbələrinə əsasən  iddia edib ki,şəhərdə böyük bir dəstə var ki,onlar gecə klublarını gəzərək slavyan mənşəli şəxsləri davaya sövq edir.

“Yazı dərc olunandan az sonra konfliktin bütün 3 iştirakçısı saxlanılıb,cinayət işi qaldırılıb.Əsas şübhələnəni- Cahangir Kadaşevi,hansıki zərbələri əsas o endirib, Xüsusi Çevik Reaksiya Dəstəsinin (SOBR) döyüşçüləri elə idman zalındaca yaxalayıblar. Cahangir Kadaşev həmin idman zalında uşaqları məşq keçib.

Bu haqda süjet  dövlət telekanalının “Kareliya xəbərləri” buraxılışında  göstərilib.

Kareliyadakı Azərbaycan diasporunun sədri Akif Quliyev hesab edir ki,onların  nümayişkaranə saxlanılması artıq ölçüdür:

“Cahangirin etdiyi yolverilməzdir,onun hərəkətləri cinayətdir.Mən onu müdafiə etmirəm,amma onun “SOBR” vasitəsilə,masakada,idman zalında  tutulması düzgün deyil. Çünki,Cahangir terrorçu-filan deyil.O gizlənmirdi,polisdə onun ünvanını bilirlər.Bu maski-şou nəyə lazım idi?Onu alçatmaq üçün?!Ona görə ki,onun tanışları,valideynlər  bu səhnəni görsünlər?! Ana bu  cür yaxalanma səhnəsinə neçə sakit  baxa bilər?! Məndən belə xahiş etsəydilər onu tapıb polisə gətirim,mən bunu edərdim. -cəmiyyətin sədri  Akif Quliyev bildirib. Akif Quliyevin sözlərinə görə Kareliya diasporunun üzvləri olan azərbaycanlılar Rusiyanın vətəndaşlarıdır,onlar üçün Kareliya və Rusiya doğmadır.

Mən 33 ildir Petrozavodskda yaşayıram.Burada zavodda, Daxili İşlər Nazirliyində işləmişəm.Mənim övladlarım da burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır.Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir.

Davanı törədənlər heç də  gedən yanlış  məlumatda deyildiyi kimi qafqazlı “qızıl gənclər” deyil.Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə  belə çıxır heç kim oldu,qafqazlı oldu?! Onda gəlin tapdalayaq onu,şou düzəldək… Bu, düzgün deyil”.

Akif Quliyev 25 avqustda baş verən insidentin  digər versiyasını da açıqlayıb.

“Döyülən gəncin özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.

Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib.

Təkrar edirəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, – Akif Quliyev portala bildirib.

“Akif Quliyev etiraf edir ki,hər bir millətdə olduğu kimi onlarda da xuliqanlıq edən,qanunları pozan gənclər olur və belələri ilə diasporada söhbətlər aparılır və onlara təsir etməyə çalışılır.Əgər cinayət artıq törədilibsə hamı başa düşür ki, buna görə qnun qarşısında cavab vermək lazımdır”,-o bildirib.

Diaspora sədri gecə klublarını gəzib ,slvayan gənclərini döyən qafqazlı dəstənin olması haqda informasiyanı təkzib edib.

Həmçinin o söz verdi ki,bu informasiyanı və  digər döyülmələrlə bağlı informasiyanı öz kanalları vasitəsilə yoxlayacaq.

“Kareliyada 100-dən çox millətin nümayəndələri yaşayır və biz bir ailəyik.

Biz istəyirik bizim gənclər ,fərqi yoxdur hansı millətdəndir,istər azərbaycalı olsun,istərsə də digər millətin nümayəndəsi ,vaxtını bir yerdə keçirsin.Bizim diaspora hamı ilə dostluq edir və bizi bir ev birləşdirir-Kareliya”,-deyə diaspora rəhbəri Akif Quliyev portala məsələyə münasibət bildirərkən deyib.

Karelia.news

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930