“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi” – “Azərenerji” ASC-nin vitse-prezidenti
“Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”.
Bunu “Report”a açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.
O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib.
Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidentidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=122655