“Veysəloğlu” Şirkətlər Qrupu 700 bal toplayan abituriyentləri təbrik edib

13.09.2018 - 15:05

Bu gün “Veysəloğlu”Şirkətlər Qrupunda artıq ənənəvi hal almış ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan abituriyentlərlə növbəti görüş keçirilib. Şirkətlər qrupunun təlim-tədris mərkəzində baş tutan görüşdə şirkət rəhbərliyi, 700 bal toplayan 20-dən çox tələbə və onların valideynləri iştirak ediblər.

Tədbirdə iştirakçılara “Veysəloğlu”Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa məlumat verilib və videoçarx nümayiş etdirilib. Daha sonra “Veysəloğlu”Şirkətlər Qrupununrəsmiləri çıxış edərək, yüksək bal toplayan abituriyentləri təbrik edib və  onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində daha böyük müvəffəqiyyətlər qazanmağı arzulayıblar.

Tədbirdə şirkətin korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədrisin hər zaman öncül yer tutduğu vurğulanıb.Görüşdə həmçinin bildirilib ki, şirkət savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verməyə hazırdır.

Tədbirin sonunda 700 bal toplayan abituriyentlərə “Veysəloğlu”Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 29 nəfər 700 bal toplamağı bacarıb.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122667

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930