Akif Çovdarovun azadlıq istəyi

16.09.2018 - 21:40

Son günlər ləğv edilən MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində ciddi problemlərin olduğu ilə bağlı məlumatlar əks olunur. A.Çovdarova yaxın dairələrin mediaya verdiyi məlumata görə, həkimlər MTN generalının “zon” şəraitində müalicəsinin effekt verməyəcəyi qənaətindədir və hesab edirlər ki, onun ev və ya xəstəxana şəraitində müalicəsinə ehtiyac var. Bu baxımdan A.Çovdarovun azad edilməsi daha məqsədəuyğun hesab edilir. Şübhəsiz, törətdiyi qanunsuzluqlara görə məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrum edilən A.Çovdarovun effektiv müalicəsinin təmin edilməsi istər mövcud qanunvericilik, istərsə də humanizm prinsipləri baxımından arzuediləndir və heç şübhə yoxdur ki, dövlətimiz yalnız MTN generalının deyil, bütün xəstə məhbusların müalicəsi üçün gərəkli olan bütün addımları atır. A.Çovdarovun azad edilməsinə gəlincə, CM-nin bir neçə maddəsi ilə məsuliyyətə cəlb edilən MTN generalının azad edilməsi o qədər də inandırıcı görünmür. Sadəcə ona görə yox ki, A.Çovdarov kifayət qədər ciddi qanunsuzluqlarda ittiham edilib və kifayət qədər ağır həbs cəzası alıb. Həm də ona görə ki, A.Çovdarovun rəsmi şəkildə ittiham edildiyi qanunsuzluqlarla yanaşı, ona qarşı media müstəvisində irəli sürülən ittihamlar da kifayət qədərdir. Bu ittihamların nə dərəcədə ciddi olduğunu anlamaq üçün onlardan sadəcə birinə – Laçın rayonundan olan məcburi köçkün Fehruz Məmişovun A.Çovdarovla bağlı səsləndirdiyi fikirlərə nəzər salmaq kifayətdir.
Mediaya açıqlamalarında A.Çovdarovun Masazırdakı istixananı onun əlindən aldığı torpaqlar üzərində inşa etdiyini bildirən F.Məmişov, bununla bağlı dəfələrlə rəsmi dövlət qurumlarına da müraciət etmiş, ifadələr vermişdir. A.Çovdarov və tabeçiliyindəki şəxslərin ailəsinə təzyiqlər etdiyini, qardaşının müəmmalı şəkildə yoxa çıxdığını və “tapılandan” bir müddət sonra gördüyü işgəncələr səbəbi ilə dünyasını dəyişdiyini bildirən F.Məmişov MTN generalının zəbt etdiyi torpaqların geri qaytarılması və ona, eləcə də digər ailə üzvlərinə dəyən maddi-mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb etsə də, onun bu tələbi bu gün də reallaşdırılmamış qalmaqdadır. Halbuki, ittihamın ciddiliyi, şikayətçi tərəfin ortaya qoyduğu fakt və arqumentlər bu məsələnin ətraflı şəkildə araşdırılmasını tələb edirdi.
Ölkə mediasında yaxın keçmişdə A.Çovdarovla bağlı səsləndirilən bu cür şikayətlərinsayı kifayət qədərdir. Bu isə bir daha onu göstərir ki, sabiq MTN generalı ilə bağlı narazılığın miqyası Bakı Hərbi Məhkəməsinin cızdığı hüquqi dairədən daha böyükdür. Bu isə o deməkdir ki, A.Çovdarov azadlığa çıxmaq üçün yalnız hüquqi deyil, həm də mənəvi haqqa sahib deyil. O, azadlığa gedən yolunu öz əməlləri ilə özü kəsib və çox güman ki, bu reallıq “yuxarılar” tərəfindən də nəzərə alınır.
A.Çovdarovun səhhətindəki bunca problemlə MTN kimi cidid bir qurumda kifayət qədər ciddi bir vəzifədə illər uzunu necə təmsil oluması isə istər ölkə mediası, istərsə də bütün cəmiyyət üçün hər zaman XXI əsrin ən böyük müəammalarından biri olaraq qalacaq.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930