Balaca gimnast Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

18.09.2018 - 09:02

15-16 sentyabr Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq “Qızıl gürz-2018” kuboku uğrunda yarış kecirilib. Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Cexiya, Belarusiyanın müxtəlif şəhərlərindən 18 klubun mübarizə apardığı turnirdə
Azərbaycanı həmyerlimiz, 8 yaslı gimnast Mina Abbasova təmsil edib.
O, çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb, həmçinin, alətsiz hərəkətlərdə 1-ci, halqa ilə hərəkətlərdə isə, 2-ci pillədə qərarlaşıb.
Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə 3 medal (2 qızıl və bir gümüş) qazanmağa müvəffəq olub.

Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra
Azərbaycan bayrağı altında çıxış edir.

Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq Azərbaycanı təmsil etməsi üçün icazə veriblər.
Şirin və gözəl simalı, balaca gimnast Azərbaycanı qürbət eldə digər millətlərin nümayəndələrinə, xüsusi ilə də, müəllimlərinə və həmyaşıdlarına sevdirə bildiyi üçün özünü çox xoşbəxt sayır.

Cumhuriyyet.net


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031