Daha bir idmançımızın adı dopinq qalmaqalında

18.09.2018 - 15:38

Azərbaycan ağırlıq qaldıranlarından daha biri cəzalandırıla bilər.

Oxu.Az xəbər verir ki, bu dəfə milli komandanın üzvü, dünya və Avropa çempionatlarında, eləcə də İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmiş Elmar Alıyev qadağan olunmuş dərmanlardan istifadədə günahlandırılır.

56 kq çəki dərəcəsində çıxış edən atlet barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.

Qeyd olunub ki, Antidopinq Siyasətinin 2.2-ci maddəsi pozulub. Bu üzdən idmançının çıxışına müvəqqəti olaraq qadağa qoyulub. İdmançının hansı maddədən istifadə etdiyi müəyyənləşdirilsə, ona müvafiq cəza veriləcək.

Qeyd edək ki, son bir il ərzində Azərbaycanın daha üç atleti dopinqə görə IWF tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bunlar Hüseyn İsmayılov (94 kq), Anastasiya İbrahimli (75 kq) və İsa Hüseynovdur (69 kq). Dörd illik cəzalandırılmış İsa Hüseynovdan fərqli, ilk iki idmançının cəzasının müddəti barədə qərar hələ ki açıqlanmayıb.

Bundan başqa, Azərbaycan Milli Anti-Dopinq Agentliyi yerli ağırlıqqaldıranlardan Cəbrayıl Abzərlini dörd və Rövşən Fətullayevi səkkiz illiyə cəzalandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122836

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930