Baş nazir küçədə zibil yığdı – Fotolar
Kosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, “Kosovayı təmizləyək” şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.
O, küçələri çirkləndirənlər səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:
“Təmiz bir Kosovada yaşamaq istəyirsəniz, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=122939