“Məktəb bufetlərində enerji və qazlı içkilərin satışı təzyiqimiz nəticəsində qadağan olundu”

01.10.2018 - 08:15
Son zamanlar enerji içkiləri ilə bağlı problem aktuallaşıb. Ekespertlər bununla bağlı həyəcan təbili çalırlar. Məsələn, Amerikada, Avstraliyada, Danimarkada və s. ölkələrdə bu içkilərin satışına qadağa qoyulub.
“Bəzi ölkələrdə əhalinin keşiyində duraraq bu içkiləri qadağan ediblər. Amma Azərbaycanda səhv siyasət var, nə olur olsun biznes inkişaf etsin, istehlakçılardan pul soyan sistem güclənsin”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, onlara da enerji içkiləri ilə bağlı vətəndaşlar tərəfindən müraciətlər kifayət qədərdir:
“Dünən bizim quruma enerji içkiləri ilə bağlı iyirmiyə yaxın telefon zəngi daxil olub. İllərdir biz iş aparırıq ki, insanlarımız bundan uzaq olsunlar. Beş il öncə məktəb bufetlərində enerji və qazlı içkilərin satışı bizim təzyiqimiz nəticəsində qadağan olundu. Bu içkilər insan səhhəti üçün çox zərərlidir, insanlarda aludəçilik yaradır. Azad İstehlakçılar Biriliyi və istehlakçıların hüquqlarını qoruyan qurumlar daim təbliğat aparırlar ki, bu içkilərdən insanlar uzaq olsunlar. Biz bununla bağlı monitorinqlər aparacağıq. Bu içkilərin bəzilərinin üzərində Azərbaycan dilində yazı olmalıdır, amma bu da o demək deyil ki, belə içkiləri içmək olar. “Red bull”un idman yarışlarına sponsorluq etməsinin daim əleyhinə olmuşuq. İdman yarışlarına enerji içkilərinin sponsorluq etməsi düzgün deyil. Bəzi ölkələrdə əhalinin keşiyində duraraq bu içkiləri qadağan ediblər. Amma Azərbaycanda səhv siyasət var, nə olur olsun biznes inkişaf etsin, istehlakçılardan pul soyan sistem güclənsin. Bizdə alıcı hüquqları arxa plandadır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930