14 məhkum dara çəkiləcəyi günü gözləyir
İranda 14 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.
Cumhuriyyet.net Axar.az-a istinadən xəbər verir ki, qətldə və qəsdən adam öldürmədə günahlandırılan 10 məhbus Kərəcin Rəcayişəhr, 4 məhbus isə Urmiyanın mərkəzi zindanında saxlanılır.
Edama məhkum edilən məhbuslardan biri (Çingiz İrani) istisna olmaqla, digərlərinin kimliyi hələlik açıqlanmayıb.
Müttəhimlərin yaxın zamanlarda dara çəkiləcəyi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=123225