Murtuz Ələsgərovun xanımı mərhum spikerdən danışdı

03.10.2018 - 09:20

“Murtuz müəllim bir həyat yoldaşı və ata kimi çox yaxşı insan olub. Uşaqlarına çox yaxşı tərbiyə verib. Həmişə uşaqlarının vaxtında evə gəlməsinə çox ciddi fikir verirdi. İşi ağır olsa da, ailəyə, uşaqlara diqqətini əsirgəməyib”.

Cumhuriyyet.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin mərhum spikeri Murtuz Əlsəgərovun xanımı Nabat Ələsgərova həyat yoldaşının 90 illik ömür yolundan danışarkən deyib.

Nabat Ələsgərovanın sözlərinə görə, övladları da Murtuz müəllim kimi çalışqandırlar:

“Murtuz müəllim həmişə gecə saat 12-yə qədər çalışırdı. O, hər bir işindən zövq alırdı. Uşaqları da onun kimi çalışqandır. Oğlumuz Fuad bəzən gecə saat 1-ə qədər çalışanda Murtuz müəllim deyirdi ki, “Fuad, gecdir, get yat”. Uşaqlarının hər addımına diqqət edən insan idi”.

Nabat Ələsgərova həyat yoldaşının yoxluğuna alışmağın çox çətin olduğunu da söyləyib:

“Murtuz müəllimin yoxluğuna alışmaq çox çətindir. Çünki o, çox diqqətli həyat yoldaşı və qayğıkeş ata olub. Onu heç zaman unutmayacağıq”.

Bu il sentyabrın 20-də məşhur istimai-siyasi xadim, Milli Məclisin sabiq sədri, mərhum Murtuz Ələsgərovun anadan olmasının 90 illiyi tamam olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=123263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930