3 gün sonra toyu olacaq qız özünü asdı

03.10.2018 - 11:12
Şəki rayonunda intihar hadisəsi baş verib.
Cumhiroyyet.net Report-a istinadən xəbər verir ki, hadisə ötən gün Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 21 yaşlı S.Mirzəyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
***09:02
Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Köndələn kəndində 21 yaşlı qızın intiharının təfərrüatları məlum olub.
Unikal.org xəbər verir ki, Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Yusif Hümbətovun GoldNews.az-a verdiyi məlumata görə, ötən gün intihar edən kənd sakini, 1997-ci il təvəllüdlü Sitarə Ramiz qızı Mirzəyeva nişanlı olub:
“Onun oktyabrın 6-da toyu olacaqdı. Artıq dəvətnamələr də paylanmışdı. Qız toyu oktyabrın 6-sı, oğlan toyu isə oktyabrın 14-ü üçün nəzərdə tutulmuşdu. İntiharın baş verməsinin səbəbləri bizə də maraqlıdır. Onlar bir-birlərini sevirdilər. Toy günlərini də səbrsizliklə gözləyirdilər. Niyə belə olması hamıya maraqlıdır. Qızın nişanlısını da yaxşı tanıyıram. Sakit təbiətli insandır. Kafedə ofisiant işləyir. Eyni zamanda, fəhləliklə məşğul olur. S.Mirzəyeva isə təhsilli idi, Tibb kollecini bitirmişdi”.
Qeyd edək ki, ötən gün səhər saatlarında 1997-ci il təvəllüdlü Sitarə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən tapılıb.
Onun intihar etməsinin səbəbləri isə məlum deyil.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123274

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031