Bağçada uşaqları döyən tərbiyəçi azadlıqda

03.10.2018 - 11:48
Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cumhuriyyet.net Oxu.az-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.
Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Video ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri “Kids studio” uşaq bağçasında olub.
Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.
Araşdırma aparılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub. Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.
Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=123275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728