BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

03.10.2018 - 15:40

Oktyabrın 3-də  Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorları,  professor  Rafiq Novruzov, Telman Cəfərov, fil.ü.f. d., dosent Xanım Sultanova  birinci kurs tələbələri ilə görüşüblər.

 

Cumhuriyyət.net xəbər verir ki, BSU-nun rektoru Nurlana Əliyeva  tədbiri açaraq universitetə bu il qəbul olan tələbələri təbrik edib. Rektor BSU-nun keçdiyi tarixi yola nəzər salaraq onun 2000-ci ildə Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını bildirib.  N.Əliyeva hazırda universitetin geniş beynəlxalq  əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışan N.Əliyeva Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açıb. Rektor BSU-nun region universitetləri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayaraq bu ali təhsil müəssisəsində gənclər üçün yaradılan imkanlardan danışıb. O bildirib ki, BSU tələbələrinin istər təhsil sahəsində, istər ictimai işlərdə qazandığı uğurlar Azərbaycanın parlaq gəncliyinin bariz nümunəsidir. Bununla bərabər, rektor gənclərin milli –mənəvi dəyərlərə  ehtiramla yanaşmasının önəmini qeyd edib. Bakı Slavyan Universitetində yeganə meyarın bilik və tərbiyə olduğunu xatırldan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib.

 

Sonra pedaqoji fakültənin üçüncü kurs tələbəsi Orxan Mahmudov BSU-da yaradılan karyera imkanlarına, səmərəli mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib, tələbəlik illəri ərzinədə qazandığı təcrübəni birinci kurs tələbələri ilə bölüşüb.

 

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123306

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031