Nazirlik əməkdaşı meşədə asılı halda tapıldı
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.
Cumhuriyyət.net “Report”a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi.
Faktla bağlı araşdırma aparılır
Short URL: http://www.cumhuriyyet.net/?p=123329