Ukraynada Azərbaycan vətəndaşının meyiti tapıldı
Ukraynada avtomobildə Azərbaycan vətəndaşının meyiti tapılıb.
Modern.az xəbər verir ki, hadisə paytaxt Kiyevdə qeydə alınıb. Paytaxt sakinləri BMW markalı avtomobildə sükar arxasında əyləşən adamın uzun müddət tərpənmədiyinə diqqət ediblər.
Araşdırma zamanı məlum olub ki, kişi öləndən sonra bir sutka avtomobildə qalıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmasa da, ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=123572