Akim Bədəlovun “kitab“ı bağlandı – Alternativ enerji şefinə rədd cavabı

10.10.2018 - 11:27
Ölkənin alternativ enerji şefi Akim Bədəlovun qüsurlu fəaliyyəti onu yuxarıların gözündən salıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun növbəti arzusu da suya düşüb. Belə ki, pia.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə Akim Bədəlova “Azərişıq” ASC-nin sədri olmaq iddialarına rədd cavabı verilib.
Mənbə bildirib ki, daha əvvəl “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyətinə sədri vəzifəsinə göz dikmiş Agentlik sədrinin xahişləri nəzərə alınmamışdı. Bundan sonra isə vakansiya əmələ gələn “Azərişıq” ASC-nin sədri postuna iddiasını ortaya qoyan A.Bədəlovun bu arzusu da reallaşmayıb. Bu dəfə ona qəti rədd cavabı çatdırılıb.
Mənbə qeyd edib ki, Akim Bədəlovun istəklərinə rədd cavabı verilməsinin səbəbi onun rəhbərlik etdiyi agentlikdə uğur qazana bilməməsidir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə indiyə qədər dşvlət tərəfindən 3 milyard manatdan artıq sərmayə qoyulsa da bu sərmayə faktiki olaraq batırılıb.
Akim Bədəlovun yeni alternativi – Ya “Azərişıq”, ya da “Metropoliten”…
Agentliyin yaradılmasından və Akim Bədəlovun bu quruma rəhbər təyin olunmasından beş ildən artıq vaxt keçsə də bu günə qədər qarşıya qoyulmuş öhdəliklər yerinə yetirilməyib. Hələ indiyə qədər hansı bir dövlət obyekti Agentliyin istehsal etdiyi alternativ enerji qurğularının hesabına tam olaraq enerji ilə təchiz olunmayıb. Agentliyin magistral yol kənarlarında “sərgi kimi” qurduğu günəş panellərindən heç biri işləmir və bu panellər sadəcə maketlərdən ibarətdir.
Qeyd edək ki, bu barədə Pia.az ötən həftə geniş yazı ilə çıxış edib. Dünən isə REAL TV-nin xəbərlər proqramında yayımlanan videosüjetdə bir daha sübüt olunub ki, Akim Bədəlovun rəhbərliyi altında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qurduğu günəş panellərindən çıxan məftillər elə panellərin arxasında gizlədilib.
Xatırladaq ki, əvvəllər dövlət qurumları üçün inzibati bina tikintisi həyata keçirən cənab Bədəlov bu sahədə də böyük qüsurlara imza atıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=123587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728