TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı-FOTO

10.10.2018 - 15:50

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq “Opera günləri” keçirilib.
Şimali Kipr Türk Respublikasının Milli Təhsil və Mədəniyyət Nazirliyi, həmçinin, Mədəniyyət məsələləri üzrə Departamentinin dəstəyi ilə keçirilən bu tədbirində türk dünyasının tanınmış opera ulduzları iştirak edib. Solistlər – Şimali Kipr Türk Cümhuriyyətinin Samsun Dövlət Opera və Balet Teatrından Toğrul Ənvər Törə və Sermin Dikmən Törə, Qırğızıstan Dövlət Operasından Əzizə Mamatnazar qızı, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından Leyla Gurtueva, Qazaxıstanın Türkistan Əyaləti Valiliyinin Operasından Yerlan Jandarbay, Astana Operasından Nazim Sağıntayla yanaşı, ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsilı edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.
Eleonora Mustafayeva Qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşaiəti ilə “Sevgilim” (R.Hacıyev), “Əziz Surət” (Tofiq Quliyev), “Tu, ca nun chiagne” (E. De Curtis) əsərlərini, “La Gioconda” (A. Ponçielli) operasından Giocondanın ariyasını oxuyub.
Möhtəşəm konsertin sonunda opera ifaçıları “Traviata” (C.Verdi) operasından “Brindisi” ariyasını birlikdə ifa ediblər və tamaşaçılar tərəfindən ayaq üstə, sürəkli alqışlarla qarşılanıblar. Eleonora Mustafayeva və digər iştirakçılar TURKSOY tərəfindən mükafatlandırılıb.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=123608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728