Şirkət rəhbəri azyaşlılara erməni şokoladları payladı – FOTO

10.10.2018 - 16:02
Bakıda uşaqlar üçün əyləncə və ad günləri təşkil edən şirkət rəhbəri azyaşlılara Ermənistan istehsalı olan şokoladlar paylayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Yerevanda istehsal olunan şokoladlar dünən İçərişəhərdə yerləşən “Salam Baku” restoranında  azyaşlı üçün təşkil olunan doğum günündə  uşaqlara verilib.
Sonradan şokoladın üzərində istehsal olunan ölkəni görən valideynlərdən biri ad gününü təşkil edən “Lully’s Candy Bar and Wedding” şirkətinin əməkdaşlarına öz etirazlarını bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən “Lully’s Candy Bar and Wedding” şirkətinin rəhbəri Sevinc Məmmədova faktı Unikal.org-a təsdiqləyib:
“Hadisə dünən paytaxtda keçirilən ad günü mərasimində baş verib. “Salam Baku” restoranında keçirilən ad günündə bu şkoladları uşaqlara paylamışıq. Amma hansı ölkədə istehsal olunduğunu bilmirdim. Şokoladın üzərində yazılar kiçik şriftlərlə olduğu üçün fikir verməmişdim. Bu şokoladları  Kislovodskdan özüm üçün almışdım. Məclisə qoyduğumuz şokoladların daha çox görünməsi üçün bunlardan da istifadə etdim. Sözügedən şokoladların Ermənistan istehsalı olduğu mənə deyildikdən sonra bundan xəbərdar olmuşam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=123626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930