BSU Ekspo Mərkəzində uğurla təmsil olunur-FOTO

11.10.2018 - 18:52

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub.  Tədbiri təhsil naziri Ceyhun Bayramov  açaraq,  sərginin “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edildiyini bildirib. O, qeyd edib ki, sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib.

Bakı Slavyan Universiteti də sərgidə təhsil sahəsində həyata keçirilən islahatları əks etdirən xüsusi pavilyonla çıxış edib. Sərgi üçün ayrılmış xüsusi sahədə universitetin tarixi, professor-müəllim heyətinin fəaliyyəti, fakültələr və ixtisaslar barədə məlumat lövhələri yerləşdirilib.  Xüsusi guşədə universitetin nəşr etdiyi kitablar, jurnallar, dərslik və dərs vəsaitləri? O cümlədən universitetdə çalışan alimlərin xarici dərgilərdəki məqalələri nümayiş olunub. Bundan əlavə, BSU-da tədris edilən ixtisaslara uyğun olaraq  tələbələr ayrı-ayrı ölkələrin milli-etnoqrafik geyimlərini sərgiləyiblər.

Təhsil naziri Ceyhun Bayramov  və Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva sərgidə olarkən  BSU-nun paviliyonunda nümayiş olunan eksponatlarla da tanış olmuş və universitetin son illərdəki uğurlarını yüksək qiymətləndiriblər.

Sərgi oktyabrın 13-dək davam edəcək.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=123671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728