Badamdar şossesindən son məlumat- istinad divarları 1 metrə qədər aralanıb

12.10.2018 - 13:06

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük sürüşmə təhlükəsi yaranıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ərazidə sürüşmənin aktivləşdiyini bildirib:

 

“20-ci sahə ilə Badamdar arasında avtomobil yolunun sol hissəsindəki yamacda sürüşmə prosesi gedir. Bu, yeni sürüşmə sahəsi deyil, 2012-ci ildə də ərazidə sürüşmə baş vermişdi. Həmin vaxt onun eni 180-200 metr arasında dəyişirdi. 2013-cü ildə müəyyən istinad divarları tikildi, hamarlama işləri aparıldı və indiyədək hansısa dəyişiklik görünmürdü. Tərəfimizdən hazırlanmış Abşeron yarımadasının sürüşməyə meylli ərazilərinin xəritəsində ərazinin konturları var. Bu gün baş verən proses də həmin konturlar daxilindədir. Bu ayın əvvəlində həmin ərazilərdə aktivləşmə gördük və bu barədə müvafiq orqanları yazılı şəkildə məlumatlandırdıq ki, gərginlik yaranıb. Artıq bu gün istinad divarının 150 metrə yaxın uzunluqdakı hissəsində çatlar əmələ gəlib, müxtəlif yerlərdə divarlar 1 metrə qədər aralanaraq hərəkət edib. Aşağı hissədə xırda gölməçələr əmələ gəlib. Yamacın meylliyi 60 dərəcədən yuxarıdır. Hazırda ərazi aktiv fazadadır, sürüşmə davam edir”.

 

Qurum rəmisinin sözlərinə görə, Baş nazirin müavini Hacıbala Abtutalıbov, Fövqəladə Halalr Nazirliyinin əməkdaşları, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər əməkdaşları hadisə yerindədir.

 

Ə.Qaralov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməsi üçün zəruri sənədlər hazırlanır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123688

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930