Tacikistan səfiri ölkəsinin nüfuzlu ali məktəblərinin BSU ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib

13.10.2018 - 17:44

12 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Solini qəbul edib. N.Əliyeva səfirə universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, universitetin bir sıra ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələrə malik olduğunu bildirib. Rektor Bakı Slavyan Universitetinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və dahi şəxsiyyətin ona böyük ümidlər bəslədiyini vurğulayıb. “Biz onun inamını doğrultmaq üçün əlimizdən gələni edirik”, deyə rektor əlavə edib.

Tacikistan səfiri öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib, BSU haqqında kifayət qədər informasiyaya malik olduğunu diqqətə çatdırıbr. Səfir daha sonra öz həyat yolu, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə söhbət açıb.

Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan səfir R.Soli həmin ənənələrin bu gün də uğurla davam etdiyini qeyd edib.  Səfir Tacikistanın ali məktəbləri ilə BSU arasında əməkdaşlıq barədə memorandum imzalanmasında maraqlı olduğunu bildirib. Söhbət zamanı Rustam Soli konkret təkliflərlə çıxış edərək BSU-da tacik mərkəzinin yaradılmasını arzu etdiyini vurğulayıb. Bundan əlavə, Tacikistan tərəfinin Bakı Slavyan Universiteti ilə tələbə-müəllim mübadiləsi istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Sonda səfir azərbaycanlı tələbələr qarşısında mühazirə oxumaq fikrini dilə gətirib. O, indiyədək ADA Universitetində belə bir təcrübəni sınadığını bildirib.

Sonda səfir R.Soli Tacikistanın mədəniyyət və sənət tarixini əks etdirən nəfis şəkildə çap olunmuş “Tacikistan xəzinəsi” adlı kitabı  universitetə hədiyyə edib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123726

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930