Fazil Məmmədovun keçmiş işçisi qazaxlıları təngə gətirib…

15.10.2018 - 13:27

Barəsində artan narazılıqlar üzündən “yuxarıların” tənəsinə tuş gələn növbəti məmur Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Bu barədə mediaxeberleri.az-a danışan bilgili qaynaq iddia edir ki, Rəcəb Babaşova bu günlərdə son xəbərdarlıq edilib? “belə demək mümkündür. Xəbərdarlıq son da ola bilər. Çünki Rəcəb Babaşov bu vaxta qədərki iradları nəzərə almamış kimi görünməkdədir. Rəsmi açıqlamalar və rəqəmlər də təsdiqləyir ki, Rəcəb Babaşov hazırda görəv başında olan icra başçıları arasında vəzifəsinin öhdəsindən gələ bilməməsi baxımından lider hesab oluna bilər. Ona görədir ki, Qazaxdan davamlı şəkildə şikayətlər müxftəlif dövlət qurumlarının poçt qutularını doldurmaqdadır”.

Mənbə onu da əlavə edib ki, Rəcəb Babaşov bu günə kimi özünün diqqətə gəlməməsi üçün ciddidən çaba sərf edir: 

“Amma nə zamana və haraya qədər. “Yuxarılar” artıq Qazaxdan gələn narazılıq məktublarını geriyə – başçının üstünə həll etməsi üçün yollamaqdan da yorulublar. Yəqin ki, Rəcəb Babaşov idarəetmə prinsiplərinə ciddi şəkildə əl gəzdirməli olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930