Gədəbəydə oğurlanan milyonların izini necə itirmək istəyirlər?

17.10.2018 - 13:31

“Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında Maliyyə Nazirliyi tərəfindən Gədəbəy rayonunda aparılan araşdırmalar davam edir. Ancaq yoxlamanın nəticələrinə mərkəzdən – paytaxt Bakıdan ciddi müdaxilə var”.

Bu fikirlər Gədəbəydən Strateq.az-a göndərilən şikayət məktubunda yer alıb.

Məktubda bildirilir ki, indiyədək aparılan araşdırmalar zamanı Ramiz Yediyarovun icra başçı işlədiyi dövrdə rayona ayrılmış büdcə vəsaitlərinin çox böyük məbləğdə talan olunması ortaya çıxıb:

“Hazırda 5 nəfərdən ibarət araşdırıcı qrup Gədəbəydə işləməkdədir. Müəyyən olunub ki, əksər hallarda dövlət büdcəsindən ayrılan vəsaitlərlə görülməli işlər gerçəkləşməyib, işlərin görülməsinin əlaməti belə yoxdur. Hətta alınmamış mallara, həyata keçirilməmiş abadlıq işlərinə hər il təkrar-təkrar vəsait ayrılaraq mənimsənilib.

Araşdırmanın ciddi aparılmasına baxmayaraq, rayon əhalisinin bu araşdırmanın konkret nəticəsi olacağına ümidi yoxdur. Əhali hesab edir ki, vəsaitin talanmasını Ramiz Yediyarov və rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov həyata keçirsə də, onlara himayədarlığı maliyyə nazirinin müavini Azər Bayramov edib”.

Məktub müəlliflərinin iddiasına görə, onlar elə Azər Bayramovun təzyiqi altında da həm Məmmədovun, həm də Yediyarovun “sudan quru çıxarılacaqlarını” gözləyirlər:
“Çünki Azər Bayramovla Namiq Məmmədovun aralarında həddən artıq yaxın münasibətlər mövcuddur. Gədəbəydə çox adama məlumdur ki, Namiq Məmmədov il boyu Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarına, xüsusilə Azər Bayramova tonlarla xüsusi becərilmiş kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı və s. göndərir.

Bundan başqa, Azər Bayramov-Namiq Məmmədov münasibətlərinin görünməyən tərəfi daha ciddidir. Məsələ ondadır ki, bu münasibətlərdə ücüncü bir tərəf kimi, Namiq Məmmədovun yeznəsi Əbülfət Əsədov da iştirak edir. Azər Bayramov Əbülfət Əsədovla da çox yaxın münasibətdədir. Əbülfət Əsədov vaxtilə Gəncə neft bazasında işləyərək, qardaşı Habil Əsədovla birlikdə dövlətin külli miqdarda əmlakını talayaraq, ölkəni tərk edib. Həmin pullarla Çin Xalq Respublikasında ayaqqabı istehsalı sahələri yaradıb, hazırda da böyük imkanlara malik biznesmendir, dünyanın bir sıra ölkələrində də biznes sahələri yaradıb.

Deyilənə görə, Azər Bayramov Əsədov vasitəsilə ölkə xarıcində böyük biznes şəbəkəsi qurmağa başlayıb. Məhz bu əlaqələr, eyni zamanda rayonda talan edilmiş büdcə vəsaitindən alınan pay indi Bayramovu məcbur edir ki, N.Məmmədovu yaranmış real təhlükədən qorusun”.

Qeyd edək ki, şikayətçilər məsələ ilə bağl ölkə rəhbərliyinə, aidiyyəti qurumlara da müraciət edərək, bu dağlıq rayona ayrılmış vəsaitləri talayan şəxslərin hamısının cəzalandırılmalarını xahiş edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930