“2003-cü ildə Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb” – Rəhim Qazıyevdən İsa Qəmbərə

18.10.2018 - 13:00

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında baş tutan debat zamanı bir-birini təhqir etməsi məsələsinə münasibət bildirib

R.Qazıyev “Ölkə.Az”a açıqlamasında deyib ki, İqbal Ağazadə söylədiyi fikirlərdə haqlıdır:

“Həmin debata mən də baxdım. Çox təəssüf edirəm ki, xalqımız satqınlarla vətənpərvərləri tam fərqləndirə bilməyib. İqbal Ağazadə vətənpərvər adamdır. Digərlərindən fərqli olaraq, İqbal Ağazadə Qarabağ döyüşləri zamanı əlinə silah alıb cəbhədə vuruşub. Mən dünən İqbal bəylə təsadüfən görüşdüm. O, 1992-ci ildə Şuşa və Laçının alınması zamanı içəridən edilən xəyanətlərdən danışdı, adam dəhşətə gəlir”.

Sabiq nazir debatı yarımçıq tərk etdiyi üçün Arif Hacılını da qınayıb:

“Normal debat idi, İqbal bəy çox sakit və təmkinlə faktları danışırdı. İqbal Ağazadə yalan danışmırdı, olanı deyirdi. Bəli, 2003-cü ildə Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb. O pullar xalqın canı, qanı hesabına əldə edilmişdi. Haram pullar olduğu üçün heç bilinmədi ki, hara xərclənib. Dozanqurdu kimi öz içlərinə yığılıb elə bilirlər ki, çoxlu pullu olmaq xoşbəxtçilikdir. Mən onlara deməyə artıq söz də tapa bilmirəm. AXC-Müsavat rəhbərləri bir vaxtlar mənə də satqın deyirdilər. Ancaq bir dənə də fakt, sübut tapa bilmədilər. İndi də İqbal Ağazadəni “satqın” adlandırırlar. Satqın deyən adam ortaya bir fakt qoyar. Rəhim Qazıyevin məhkəmə prosesi keçirilib. Əgər satqınlığım olubsa, məhkəmə bu faktı ortaya qoyardı da! İndi İqbal Ağazadə haqqında da eyni fikirləri söyləmək olar. İqbal Ağazadə onlardan on dəfə daha savadlıdır, vətənpərvərdir. Düşmənlə üz-üzə dayanıb, əlində silah vuruşub. Mən İqbal Ağazadənin çıxışlarını izləyirəm, o, çox doğru danışır, bir dənə də əsassız fikirlər söyləmir. Bunlar üçün ağıllı adamlar ən təhlükəli adamlar sayılır. Ona görə də hərəyə bir ləkə vurmaqla məşğuldurlar. Mən Arif Hacılının bu cür hərəkətinə də çox təəssüf edirəm. Partiya sədridir, amma debatdan qaçır. Axı orada səni təhqir edən yox idi, nə üçün həqiqətlərdən qaçırsan?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123866

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930