16 oktyabrın ibn Rəbiələri: Etimad Əsədovu Qurban Məmmədova “qurban” verənlərin Kufə yolu…

19.10.2018 - 10:55

Şəbəs ibni Rəbiə o kəslərdən idi ki, dövrünün çox insanı ona etimad edib. O zaman ki, imam Əli xəlifə olur, Şəbəs artıq ona biət edir.

Kufə əhli kimi Süffeyn döyüşünə gedir. Ancaq döyüş zaman Quranları nizə üstündə görəndə imam Əliyə təzyiq göstərən ilk kəslərdən birinə çevrilir.

Şəbəs, peyğəmbər nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq ibni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezidin ordusunun piyadalarına rəhbərlik edir.
…Əgər Azərbaycan müxalifətinin Aşura gününü 2003-cü ilin 16 oktyabrı hesab eləsək, meydana nəinki gəlməyən, özünü xəstəliyə vurub evə gedən, onun uğrunda minlərlə tərəfdarının dəyənək altında döyüldüyü an xalqa çağırış etməyən biri elə Şəbəs ibni Rəbiədən ciddi şəkildə fərqlənmir – ən azı 15 il qabaq həmin situasiyada…
Sonralar onun uğrunda barmaqları istintaq zirzəmisində qapı arasına qoyularaq sındırılan, ən dözülməz işgəncələrə məruz qalan, lakin mənəvi cəhətdən sınmayan nüfuzlu tərəfdarlarından biri illər sonra liderinin prinsipsizliyini gördükdə olduğu yeri tərk etmək qərarı verir.

Xudahafizləşmək üçün əlini uzadır, amma 16 oktyabrda evə gedən lider əlini geri qaytarır, halallaşmır belə…Və vida kəlməsində liderinə yalnız bunu deyə bilir: “Geri qaytardığın bu əllər sənə görə qapı arasında qoyularaq sındırılmışdı, bəy…”

Bu dəvə kini, bu hikkə onu sona qədər tərk eləmədi. Təkcə onu yox, onunla bərabər müxalifət düşərgəsində bir sıra adamlar şəxsi ambisiyalarına hər şeyi qurban verdilər.
İqtidarda bir-birini bəyənməyənlər belə vahid komanda şəklində oynamağı bacaranda, müxalifətin içindən həmişə küfəlilər çıxdı – Həccar ibni Əbcəri, Yezid ibni Haris ibni Yezidi, Ömər Səəd, Üzrət ibni Qeysi, Ömər ibni Həccar Zubeydilər kimi…

Onlar Şəhidlər Xiyabanına da, Fəxri Xiyabana da, Novxanıya da, hətta Qarabağ mitinqinə də birgə gedə bilmədilər. Toyda da, yasda da düşmənçilik elədilər, dikbaşlıq göstərdilər.
Və o kəslərdirlər ki, nə Qarabağ mitinqinə bir yığışdılar, Qarabağ qazisinə belə parlament seçkisində bir dairəni güzəştə getmədilər. Qazisinə bir dairəni qıymayan, rəva bilməyən və öz avantürist, kəndirbaz siyasətçilərdən olan namizədini irəli sürənlərdən müdriklik, tolerantlıq gözləmək, Qandi, Mandela olmağı tələb eləmək əbəs idi – müxalifətin Aşura günü bilmək lazımıydı ki, kimdir ibni Rəbiə, kimdir imamın fədailəri…
Söhbət ondan gedir ki, Qarabağ Qazilər Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi, Azərbaycanın qeyrətli oğullarından olan Etimad Əsədovun ağır xəstəlikdən sonra vaxtsız vəfatından siyasi xalq qazanmaq istəyənlər, dəfn günü tabutunun altına girib öndə gedənlər nə mərhum Etimad bəyə bir seçki dairəsini güzəştə getdilər, nə də tabutun altında getdikləri kimi oktyabrın 16-da xalqın çiyinlərində.

Hələ 2005-ci ildə Etimad bəy parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürəndə ona eyni dairədən bu gün Avropada siyasi buqələmunluq edən Qurban Məmmədov alternativ idi. E.Əsədov düz üç dəfə Müsavatın qərargahına gedərək rəhbərlikdən ona dəstək verilməsini xahiş etmişdi. Amma partiya qazimizi yox, Qurbanı seçmişdi.
Ona bir dairəni belə güzəştə getməyənlərin tabutunun altına girərək xalqın gözünə “kül üfürmək” niyyətini özləri unutsa da, tarix unutmayıb.
Tarix onu da unutmayıb ki, İbrahim İbrahimlinin qapı arasına qoyularaq sındırılan əllərini geri qaytarmaqla qazimiz Etimad bəyi Qurban Məmmədova dəyişmək 16 oktyabr günündən başlayan prinsipsizliyin davamıdır.
Q.Məmmədovu qazisindən üstün tutanların bu gün Etimadın tabutu altında girib, təğyiri-libas olub əzabkeş, cəfakeş obrazında özünü göstərməsi ibni rəbiələrin “niqabı”dır.
Kimə gəlirsiniz, bəylər? Bu tarix ki uzaq keçmişdə deyil, canlı şahidləriyik?! Etimad Əsədovu üç dəfə Müsavatın qərargahından “yox” cavabı ilə qaytarıb Qurban Məmmədova etimad göstərmək nədir, Etimadın tabutu altına girib əzabkeş görünmək nə?!

Onsuz da 2005-də nə E.Əsədov, nə Q.Məmmədov Milli Məclisə buraxılmışdı. Amma məsələ qaziyə münasibətdəydi, qazini siyasi kloundan üstün tutmaq idi…

Abbas Mirzə xüsusi olaraq Anaxeber.info üçün…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930