Nazirlərdən biri görəvdən alına bilər – Korrupsiya həbsləri də gözlənilir

19.10.2018 - 14:06

“Hal-hazırda nazirlərdən birinin durumu olduqca gərgindir və ağır ittihamlarla üz-üzədir. Hesabat və izahat vermək zorundadır. Nəticəsindən asılı olmayaraq vəzifəsini itirəcəyi şəkksizdir”. Bu sözləri DİA.AZ-a açıqlamasında vurğulayan məlumatlı mənbə iddia edir ki, yazın günlərdə dəyişiklik qərarı verilə bilər.

 

Xatırladaq ki, ümumiyyətlə, hələ son prezident seçkilərinə qədər Maliyyə Naziri Samir Şərifovun vəziyyətinin heç də ürəkaçan olmadığı yetərincə ictimailəşmişdi və MN şefinin adı bir çox maliyyə qalmaqallarında hallanmaqda idi. Hətta yerli KİV-lərə dolayı yollarla təsir etməyə çalışan Samir Şərifovun emissarları bu məsələnin qapanması üçün yetərincə çaba da sərf etmiş oldular.

Ad açıqlamadan danışan mənbəmizin vurğulanasından da təxmin edə bilərik ki, burada söhbət daha çox məhz Samir Şərifovdan gedir.

Dia.az-a danışan mənbə onu da əlavə edib ki, bununla yanaşı onlarla xırda ranqlı məmurun da cəzalandırılması gölənilir: “Burada söhbət təkcə işdən atılmadan getmir, həmçinin korrupsiya ilə ittihamlar da gündəmdədir. Çünki dövlət büdcəsinə külli miqdarda zərərin vurulması faktı aşkarlanıb”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=123888

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031