Sahil Babayev şəhid ailələrin dövlətin üzərinə qaldırır – GİLEY

23.10.2018 - 15:04

“Artıq 2 həftədir ki, şəhid ailələri Azərbaycan Prezidentinin Sərəncmı ilə onlara çatmalı olan 11 min manat birdəfəlik ödəməni ala bilməmələrinə etiraz olaraq Mill Məclisin önünü toplaşırlar”. Bu ifadələr DİA.AZ-a şəhid ailələri adından daxil olan müraciətdə yer alıb.

Müraciət müəllifləri daha sonra dia.az-a yazırlar: “Qeyd edək ki, Sərəncamın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

 

Amma Sərəncamı icra etməli olan bu qurum şəhid aillərin qəbul edib onların problemlərin araşdırmaq əvəzinə onları daha da qızışdırıb dövlətin üzərinə qaldırmaqla məşğuldur. Nazir Sahil Babayev ortalıqda yoxdur. Əvəzində özünün mətbuat xidməti vasitəsilə şəhid ailələrini yalançı çıxarmağa girişib. Mətbuat xidməti həmin ailələrin əslində həmin pulu aldıqlarını iddia etməklə həmin şəxsləri yalançılıqda günahlandırmış oldu. Fakt isə ortadadır. Həmin ailələrin pulu almaların sübut edən heç bir sənəd yoxdur. Lap sənəd olsa belə şəhid ailəsi ilə o tonda danışmaq heç bir etik çərçivəyə sığmır. Görünən odur ki bu nazirlikdə qeyri-peşəkarlar söz sahibinə çevrilib. Əsgərlikdə belə olmayan bu şəxslərin övladını Vətən uğrunda qurban verən ailələrlə bu tərzdə davranmasının bir adı var-həmin şəxsləri dğvlətin üzərinə qaldırmaq.
Cənab Prezidentin ən uğurlu Sərəncamınını bu şəkildə gözdən salınması yəqin ki cavabsız qalmayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930