İH başçısının Abşeronda “Çovdarov bandası” peyda olub: sui-qəsd, təhdid… – Video

24.10.2018 - 09:53

Bir müddət əvvəl Qarabağ əlilini döydürüb evinə od vurduran, sonra daha bir Qarabağa veteranını küçələrdə qoyan Abşeronun xanım icra başçısı İradə Güləmmədovanın qoçuları vətəndaşlara qarşı zorakılığı davam etdirirlər.

Cahan.info-nun verdiyi məlumata görə, dəfələrlə həyatına təhlükə yaradılan şikayətçilərdən biri də Abşeron rayon sakini Tural İrfandır. Belə ki, Abşeronun Masazır qəsəbəsinin yerli bələdiyyəsi əhalinin torpaqlarını satıb-talamaqla məşğul olur.

Həmçinin, ərazidə bilərəkdən işıq, qaz və su problemləri yaradılır. Bu problemləri ictimailəşdirən yerli sakinlər isə sonradan məmurlar tərəfindən hədə və təzyiqlərə, hətta sui-qəsd cəhdinə məruz qalır.

T.İrfan ebhe.info-ya deyib ki, dostu Vüqar Dadaşovla problemlər barədə müxtəlif mətbuat orqanlarına, saytlara, televiziyalara açıqlamalar veriblər: “Elə bundan sonra hər ikimizə təzyiqlər və hədə-qorxular gəldi ki, niyə problemləri işıqlandırırıq.

Bununla da şəxsi məsələlərə müdaxilə etməyə başladılar. Məsələn, qardaşımın sənədli şəxsi torpaq sahəsi var idi. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq mənimsənildi.

Abşeronda bəzi məmurlar var ki, konkret olaraq bizi hələ də təqib edirlər. Biz yaşadığımız ərazidə olan problemləri mətbuat orqanlarında ictimailəşdirmişdik.

Bundan sonra ard-arda telefon zəngləri gəlməyə başladı ki, şikayətləri dayandırın. Məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etdik.

Bundan sonra təzyiqlər çoxaldı. Hətta onunla nəticələndi ki, həyat yoldaşım işdən, övladım isə uşaq bağçasından çıxarıldı. Çox çalışdıq ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşək. Amma icra başçısının müavini bizi təhqir edib, qapıdan qovdu.

Daxili işlər naziri Ramil Usubovun qəbuluna getmək istəyirdik ki, Abşeron rayon Polis İdarəsinə çağırıldıq. Dedilər ki, nazirin qəbuluna getməyə ehtiyac yoxdur, özümüz məsələni yoluna qoyacağıq. Bu da fayda vermədi.

Əksinə, özlərini Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər telefonumuza zənglər etməklə, yolda avtomobili üstümüzə sürməklə bizə hədə-qorxu gəlməyə başladılar.

Real olaraq 4 dəfə mənə sui-qəsd cəhdi olub. Bununla bağlı əlimdə fakt var. İki sui-qəsddə hətta ciddi xəsarətlər almışam və xəstəxanada müalicə olunmuşam. Sonuncu sui-qəsd təxminən bir neçə ay əvvəl olub. Hamısını araşdırmışam.

Məlum olub ki, sui-qəsdə cəhdi təşkil edənlər Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları ilə Masazır qəsəbə bələdiyyəsinin üzvlərinin qruplaşmasıdır”.

Cahan.info-nun media üzərindən verdiyi məlumata görə, Abşerondakı banda çoxdan MTN quldurları kimi qanunsuzluqlar etməkdədirlər. Onlar bir şəbəkə kimi işləyirlər.

Vətəndaşlar isə açıq şəkildə təhdidlə üzləşir, fiziki hücuma məruz qalır, hədələnir, həbslə qorxudulurlar. Halbuki, İ.Güləmmədovanın rəhbərliyi altında rayonda heç bir iş görülmür, sakinləri narahat edən problemlər həll olunmur.

Bir-iki ay qabaq Qarabağ əlili Səyyaf Bayramovun şikayəti çəkilmişdi. Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyirdi.

Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.

Ondan sonra Qarabağ döyüşçüsü Fuad Ələkbərov İradə Gülməmmədova tərəfindən göndərilən “qoçu” dəstəsi Qarabağ əlilini intihara çatdırılmışdı, evini yandırmışdı, sonra təzyiqlərlə üzləşmişdi. Abşeron RİH ev tikintisini alverə çevirib. Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.

Məsələn, bir nümunəni da yada salaq: təkcə, Qarabağ əlilləri deyil, hamının başına bu müsibətin gətirildiyini oxuyaq. 2016-cı ildə Gülyanaq Əsgərova bildirirdi ki, Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb. Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.

“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib. Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq.

İndi nə istəyirsiniz?” Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın”.

Məlumatlara görə, İ.Gülməmmədovanın tikinti işlərində müavini Fuad Cəbrayılov, baş memar Akif Əliyev, mühəndis Abdun Dadaşov aparıcı fiqurlardır.

Abşeron RİH-nin T.İrfanın dedikləri ilə bağlı fikrini dərc etməyə hazırıq. 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930