Vüsal Hüseynov da özünü doğrulda bilmir… – Ən azından şəffaflıq baxımından…

24.10.2018 - 11:19

Dövlət Miqrasiya Mərkəzi son doqquz ayın nəticələrini açıqlayıb. İlk baxşıdan hər şey normal və gözəl görünür. Lakin həmin məlmatları incələyərkən Mərkəzin cavab verəcəyi suallar ortaya çıxır.

Xeber.De yazır ki, DMM rəsmi veb-səhifəsinin məlumatına görə, “…Qərarlardan 9812-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub”.

O zaman həmin cərimələrin məbləği barədə konkret məlumat verilməli idi. Mərkəzin bu vəsaiti gizlətməsinin səbəbi isə bəlli deyil. Bu səpkidə başqa bir nümunə də göstərə bilərik:

“Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 5081 qərardan 3343-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1738-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub”.

Göründüyü kimi, ixtisasca hüquqşünas olan Mərkəz direktoru Vüsal Hüseynov şəffaflığa riayət etməli olarkən, bəzi qızıl qaydaların ziddinə gedir və bu addım da təbbi olaraq ictimaiyyətdə şübəhələr doğurur.

Bundan başqa, DMM-dəki son dəyişikliklərlə bağlı redaksiyamıza daxil oan digər məsələlər də narahatçılıq doğurur. Xeber.de-yə verilən səhih bilgilərə görə, hörmətli Vüsal Hüseynovun həmin dövlət qurumna rəhbər təyin edildikdən sonra xeyli adamı “öz ərizəsinə əsasən” vəzifəsindən azad edib. Həmin şəxslər nə qədər yeni rəhbərin standartlarına cavab verməsə də müəyyən təcrübə toplamşıdılar. Yenilərin isə təcrübə yığması xeyli vaxt aparır və bu da nəticədə qurumun fəaliyyətinə mənfi təsir göstərir.

Köhnələrin işdən uzaqlaşdırılması, yenilərin işə qəbulu intervalında da xeyli işlər yığılıb qalır. Yenilərin də işə adapdasiya prosesi müəyyən qədər vaxt aparır və yığılıb qalan işlərin görülməsi yubanır. Beləliklə, nəticədə qurumun fəaliyyətinə ciddi axsamalar olur.

Göründüyü kimi, gənc və ümidverici kadr olan Vüsal müəllim hələ ki, köhnə və köhnəlmiş rəhbərlikdən qalmış problemlərin məngənəsində çabalamqda davam edir. Ancaq bir məsələ də var ki, problemlərin həllinə çalışarkən, özü üçün də ciddi problemlər yaradır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930