Siyavuş Novruzova fakt: “Azərsu”da saxta Qarabağ əlili kimdir? – İddia

24.10.2018 - 12:36

Asəf Muxtarov adlı şəxs “Azərsu” ASC-nin təhlükəsizlik mühəndisi işləyir

Cahan.info feysbukda yayılan məlumata istinadən yazır ki, ASC əməkdaşı müharibə görmədiyi halda Qarabağ əlili pensiyası alır.

O, Ceyranbatan su idarəsində ultra süzgəclər kompleksində çalışır. İdarənin müdiri Əhliman Mansurovdur. Lakin saxta əlillik kağızı ilə Qarabağ əlili olub.

İddia olunur ki, A.Muxtarov Qarabağ veteranı sənədini rüşvətlə əldə edib. Əgər bu fakt təsdiqini taparsa, cinayət məsuliyyəti daşıyır.

Deputat Siyavuş Novruzov bildirmişdi ki, Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi.

Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu demişdi ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin (DTX) tərkibində olan döyüşçülər daxildir: 

“Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır.

Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bir müddət əvvəl isə Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovun saxta veteran alveri üzə çıxmışdı.

Deyirlər ki, Ramiz Yediyarovun təkcə Qarabağ veteranı şərəfli adını alver predmetinə çevirməsi onun həbs olunması üçün əsas ola bilər.

Onların sözlərinə görə Ramiz Yediyarov 2015-ci ildə 1000-ə yaxın şəxsdən böyük məbləğlərdə pul yığaraq onlara son nəticədə saxta Qarabağ veteranı statusu verilməsinə nail olub.

Özü külli miqdarda pul qazanıb, haqqı olmayan şəxslər isə büdcədən hər ay pul almağa başlayıblar və bu gün də almaqdadırlar.

Gədəbəyə ezam olunmuş təftiş qrupunun Ramiz Yediyarovun dövründə baş verimiş və bu gün də saxta veteranlıq sənədləri ilə müavinət alanlarla bağlı yoxlama aparması böyük və açıq olan cinayətin rəsmiləşdirilməsi baxımından məqsədəmüvafiq olardı.

Göründüyü kimi, Novruzov bu fikirləri ilə ölkədə faktik təqaüdçülərlə Qarabağmüharibəsi veteranlarının sayını ciddi şübhə altına alıb. Lakin o, nədənsə, istər təqaüdçülərə, istərsə də veteranlara o statusun dövlətin rəsmi qurumları tərəfindən verildiyini “nəzərə almayıb”.

Yəni onun dediyi kimi, ortada bir saxtarkarlıq varsa, buna görə məsuliyyət də o sahəyə aid məmurların üzərinə düşür. Xüsusən də əmək və əhalinin sosial müdafiəsi naziri, nazirlikdəki məsul şəxslər, TSEK məsuliyyət daşıyır. A.Muxtarovun mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930