Fəzail Ağamalı:”Ölkədə nə baş verib ki, nöbədənkənar seçki keçirilir?!”

24.10.2018 - 15:33

“Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləmirəm. Bunun üçün əsas yoxdur. Ölkədə nə baş verib ki, seçki keçirilir? Parlament normal qaydada fəaliyyətini davam etdirir. Milli Məclisin buraxılması üçün əsas yoxdur”.

Strateq.az xəbər verir ki, bunu deputat Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Report.az saytına müsahibəsində deyib.

O, daha sonra bildirib ki, partiya sədrliyindən getməyi düşünür: “Yəqin ki, bu, yaxın vaxtlarda, növbəti qurultayda həllini tapacaq. Partiya sədrinin kim olması qurultayın səlahiyyətindədir”. F.Ağamalı qərarnı belə əsaslandırıb:

“Hər şeyi vaxtında etmək lazımdır. Gözləməli deyilsən ki, sən dünyadan köçəndən sonra sədrlik uğrunda kimsə ölüm-dirim mübarizəsi aparsın, ya da partiya tarixə qovuşsun. Mən həyatın dialektikasına inanan, əməl edən insanam. İnsan müəyyən dövrdə səhnədən çıxmalıdır. Müəllim 80 yaşında müəllimlik edə bilməz ki… 80 yaşlı həkimin xəstəsinə xidməti necə olacaq?… Düzdür, siyasət bir qədər fərqlidir, daha çox düşüncə, beyin, təcrübə tələb edir. Amma bu da tükənir. Hazırda mən 50 yaşındakı kimi deyiləm axı. Bütün sahələrdə olduğu kimi siyasətdə də bir limit var. Təbii ki, hələ siyasətdən getməyi düşünmürəm. Tükəndiyimi düşünmürəm. Qeyri-adi nəsə baş verməzsə, səhhətimdə problemlər olmazsa, bir müddət siyasətdə qalacağam. Partiya sədrliyindən getmək məsələsini müzakirə etmişəm. Doğrusu, partiyada bu məsələnin üzərinə çox getmirlər. Səbəbini bilmirəm, görünür, bu, mənə olan rəğbətin ifadəsidir. Yəqin ki, zamanında qərar qəbul edəcəyik. Ana Vətən Partiyasının qurultayı 5 ildən bir keçirilir, növbəti qurultay 2020-ci ildə keçiriləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123968

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930