Bakı Slavyan Univeristetində Qarabağa dair qiymətli kitab təqdim olundu-FOTO

24.10.2018 - 16:17

24 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Univeristetində  “Qarabağın müsəlman  azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda (1850-1940)”  kitabının təqdimat mərasimi olub. Tədbir BSU-nun Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun birgə təşkilatçılığı ilə baş tutmuşdur. Müəllifləri Almaniyanın Berlin Hunboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux və dr. Rasim Mirzəyev olan Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur.

Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzobv açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışmışdır. O, alman dilində belə bir kitbın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirmişdir. R.Novruzov kitabın ensiklopedik mahiyyət daşıdığını, orada göstərilən hər bir faktın və rəqəmin rəsmi sənədə söykəndiyini qeyd edərək onun gələcək araşdırmalar üçün də tutarlı mənbə olacağını bildirmişdir.

Sonra çıxış edən professor R.Qeybullayeva Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun  son illərdə bir sıra çox önəmli layihələrə imza atdığını və bu əsərin də həmin layihələrdən biri olduğunu bildirmişdir. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcüməsinin vacibliyini vurğulamışdır.

Tədbirdə universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru, fil.ü.f.d. Əliş Ağamirzəyev, Pedoqoji fakültənin dekanı, professor Flora Naci və digərləri çıxış edərək kitabın müsbət məziyyətlərindən danışmış, öz arzu və təkliflərini dilə gətirmişlər.

Sonda Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor, kitabın həmmüəllifi Yeva-Mariya Aux və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elıçin Babayev çıxış edərək tədbir iştirakçılarına öz qiymətli təklif və fikirlərinə görə dərin miinnətdarlıqlarını bildirmişlər.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930