“BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib

24.10.2018 - 16:24

Oktyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Təqdimatın aparıcısı Faiq Mirzəyev “BİR” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, “Bir” Tələbə-Könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, komanda ruhunu formalaşdıran kollektiv oyunlarda iştirak, yeni dostlar qazanmaq imkanı yaradır.
Sonra “BİR” Tələbə-Könüllü Proqramının 2018-cı il üzrə hesabatı, könüllülərin video-çarxı nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru,  f.ü.f.d  Xanım Sultanova BSU tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışıb. O, daha sonra “BİR” Tələbə-Könüllü proqramının vaxtilə BSU üzrə koordinatorları olan Məmmədəli Həsənovun  və Fidan Qazaxovanın məzun olduqlarını qeyd edib, hər bir tələbəni onlar kimi fəal olmağa çağırıb.   X.Sultanova Formula 1 Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllülər arasında keçirilən kartinq çempionatında birincilik qazanmış pedaqoji fakültənin IV kurs tələbəsi, Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərovu tədbir iştirakçılarına təqdim edib.

Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramının meneceri Canoğlan İlyasov çıxışında bildirib ki, ölkəmizdə irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayır. C.İlyasov könüllər üçün yaranan karyera imkanlarından, “Bir” Tələbə-Könüllü proqramının Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Şəki şəhərlərində keçirilən təqdimatlarından da söz açıb. O, tələbələri “Bir” Tələbə-Könüllü proqramı çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyib.

Təqdimat zamanı  maraqlı oyun  və müsabiqələr keçirilib,  gənclərin ifasında “Tələbə” mahnısı ifa olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930