Başçı qohumunun nələri yoxmuş: bazar, villa, 30 minlik nömrə, 15 minlik cərimə – Fotolar

25.10.2018 - 09:52

Göyçay icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılovun villasının və bahalı avtomobilinin fotoları yayılıb

Cahan.info-nun verdiyi xəbərə görə, fotoları jurnalist Fuad Hüseynov facebook səhifəsində paylaşıb.

Başçının qardaşı oğluna məxsus villa Qəbələ rayonuda yerləşir.Əminin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahiblənib.

Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhərində villalara, bahalı avtomobillərə, obyektlərə yiyələnib.Adi bir icra başçısının qardaşı oğlunun varidatı milyonlarla dəyərindədir.

Fotolarda diqqət çəkən onun “Ranger Rover” markalı avtomobilidir. Əldə etdiyimiz bilgilərdə iddia olunur ki, 10 PP 140 nömrə nişanlı maşının 15 min manat cəriməsi var.

Lakin məmur qohumu yol polis əməkdaşları tərəfindən saxlanmayıb. Azərbaycanda 100-150 manat cəriməsi olan sürücülər dərhal saxlanır, MMX-lar ödənilməsi tələb edilir.

M.Səlimzadənin varlı qohumu isə respublika yollarında şütüyür və ona ilişən yoxdur. Görəsən, Göyçay DYP S.Cəbrayılovun maşınını niyə cərimə meydançasına aparmır?


Bildirək ki, Göyçay icra başçısı Mehdi Səlimzadə qardaşı oğlu S.Cəbrayılovu Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etmişdi. Sonra Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib.

Məlumata görə, S.Cəbrayılovun qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq “Təzə Bazar” adlı bazar açıblar.

Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar.Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlusayda işsızlər ordusu yaranıb.

Qardaş oğlu Səməd Cəbrayılov Sənan adlı şəxslə isə ortaq yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırmaqla çoxlusayda insanları acından ölməyə məhkum ediblər.

İcra başçısı Mehdi Səlimzadənin tamahının qurbanlarının sayı gündən-günə artmaqdadır. Tez bir zamanda harınlayan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəmişdi.


Cahan.info-nun mediaya istinadla verdiyi xəbərə görə,
 Mehdi Səlimzadənin digər qardaşı oğlu, S.Cəbrayılovun Əli adlı kiçik qardaşı rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur.

Həmin torpaq sahələri qanuna uyğun olub-olmadı baha qiymətə satışa çıxarılır. Hətda rayonun mərkəzində yerləşən 5 mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışdılar. Bütün bunlara Göyçayın icra başçısı şərait yaradıb.

Onu vəzifəyə təyin edərkən Ziya Məmmədovun xalası oğlu Mənsur Məmmədovdan fərqli olaraq, rayonda abadlıq-qurucluq işləri görəcəyi, qanunsuzluqlara son qoyulacağı gözlənilirdi. Lakin M.Səlimzadə və qardaşı uşaqları Göyçayda hökmranlıq edirlər.

Məsələn, Göyçayda 1980-cı ilərə qədər qəbirstanlıq sayılan 5 hektar torpaq sahəsi yerli icra hakimiyyəti tərəfindən hərraca qoyulub.

Maraqlısı budur ki, bu gün həmin ərazi dəfələrlə satışa çıxarılsada bəzi iş adamları bu ərazini almaqdan imtina ediblər.

Səbəb isə həmin ərazinin vaxtlə qəbiristanlıq olmasıdır.Amma yerli icra hakimiyyəti insanların dəyər verdiyi müqəddəs torpağı hərraca çıxarıb.

Maraqlısı budur ki, həmin ərazidə dəfn olunan yaxınlarımıza hörmət etməyən icra başçısı Mehdi Səlimzadə əraziyə yaxın olan və heç bir qanuna uyğun olmayan ərazini hansısa iş adamına satıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930