BBF-in dəstəklədiyi layihə Tbilisidə keçirilən beynəlxalq forumda 1-ci yeri tutub

26.10.2018 - 10:17

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Welcome Challenge” Qonaqpərvərlik və Turizm Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilib.

“Report” xəbər verir ki, ölkənin Milli Turizm Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən startap şirkətlər və investorlar iştirak ediblər. Müxtəlif panellərdən ibarət olan tədbirdə səyahət sektoruna aid şəxslər, qurumlar yenilikçi ideyalarını paylaşıblar.

Forum çərçivəsində startapçılar arasında keçirilən yarışmanın qalibi Azərbaycanı təmsil edən startap seçilib. Yarışın qalibi “Baku Business Factory”nin (BBF) dəstəklədiyi “EcoSolutions” layihəsi elan olunub. Qalibə 10 min ABŞ dolları mükafat təqdim edilib.

Qeyd edək ki, “EcoSolutions” hotellərdə tullantıların səmərəli idarə olunmasını asanlaşdıran layihədir.

Yarışıda 2-ci yeri italiyalı startapçı Françesko Canzonierenin səyahət və hotel saytları üçün təqdim etdiyi “Convertion Rate Optimization” layihəsi tutub (5 min ABŞ dolları mükafat), 3-cü yerə gürcüstanlı startapçı Sandro Çalagashvilinin səyahət axtarış platforması olan “Tripify” layiq görülüb (3 min ABŞ dolları mükafat).

Xatırladaq ki, BBF 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=124019

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728