“O şəkli mənim oğlum yaymayıb” – Məmur qalmaqallı foto ilə bağlı açıqlama verdi

26.10.2018 - 14:17

Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov “Bakı Gəmiqayırma Zavodu”ndan yayılan qalmaqallı fotoda oğlunun adının hallandırılmasına münasibət bildirib.

O, BakuPost-a açıqlamasında deyib ki, fotonun yayılmasında oğlu Hikmət Məmmədovun heç bir günahı yoxdur:

“Hikmət Dənizçilik Akademiyasını bitirib, ağıllı, savadlı oğlandır. 28 yaşı var. “Bakı Gəmiqayırma Zavodu”nda işləyirdi. O, hərfin düşdüyünü görüb, kapitana deyib ki, zavod rəhbərliyinə xəbər versin. Hikmət bu barədə kapitana deyəndə foto artıq sosial şəbəkələrdə yayılıbmış. Sadəcə oğlum bunu dediyi üçün sonradan belə qənaətə gəliblər ki, fotonu o yayıb. Mənim oğlum elə şey etməz. Anlaşılmazlıq oldu, işdən də çıxardılar. Sadəcə biz üstünə getmədik. Hər işi buraxdıq Allaha. Mənim oğlum elə addım atmaz”.

Şahlar Məmmədov məsələnin daha da böyüməməsi üçün heç kimə açıqlama vermək istəmədiyini bildirib: “Olan oldu. İndi bu məsələyə qayıtmaq istəmirəm. Xəbərin o şəkildə yayılmasının yanlış olduğunu sonradan hamı başa düşdü. Amma gec idi, güllə atılmışdı. Gərək, belə olmazdı. Mən məsələnin üstünə gütmədim, sakitcə müşahidə elədik prosesi. Xahiş edirəm, mətbuat bu məsələni böyütməsin”.

Qeyd edək ki, son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb. Fotoda zavodun lövhəsindəki “gəmiqayırma” sözündə “g” hərfinin düşdüyü, yerdə qalan hərflərdən isə biədəb bir söz yarandığı görünüb.

Zavodun yaydığı məlumatda deyilir ki, 22 oktyabr saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib.


“Hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”, – deyə zavodun açıqlamasında bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124027

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930